İlyas Əfəndiyev Fondu ABŞ-ın "Boeing" şirkəti ilə birgə sosialyonümlü layihə həyata keçirir

İlyas Əfəndiyev Fondu Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı proqramına müvafiq olaraq "Kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələr üçün sosial-hüquqi reabilitasiya mərkəzi"nin layihəsini hazırlamış və ABŞ-ın "Boeing" şirkəti ilə birgə oktyabrın 1-dən icrasına başlamışdır.
Fondun mətbuat xidmətindən bildirmişlər ki, məqsəd kimsəsiz və valideyn himayəsindən məhrum uşaq və yeniyetmələrin hüquqlarının bərpası, cəmiyyətə inteqrasiyası, təhsil, yaşayış yeri, məşğulluq, sağlamlıq, asudə vaxtın təşkili ilə bağlı problemlərin həllinə xidmət edəcək reabilitasiya mərkəzi yaratmaqdır.
Bakı və Abşeron yarımadasını əhatə edəcək layihənin müddəti bir ildir.
Layihə çərçivəsində ölkənin müxtəlif dövlət və özəl qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq nəzərdə tutulmuşdur.
Layihəyə könüllülərin cəlb olunması və onlar üçün treninqlərin təşkili vacib vəzifələrdən biridir. Layihə çərçivəsində, həmçinin monitorinq və təbliğat işlərinin aparılması, həssas qrupa dair informasiya bankının yaradılması, ona hüquqi və psixoloji, lazım olarsa tibbi yardımın göstərilməsi, müxtəlif marafon, aksiya və digər xüsusi tədbirlərin keçirilməsi, istedadlı və əməkqabiliyyətli həssas qrup üzvlərinin məşğulluq problemlərinin həll olunmasına dəstək verilməsi nəzərdə tutulmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında