Moskvada MDB ölkələri veteranları təşkilatlarının işi müzakirə olunmuşdur

Respublika Veteranlar Şurası MDB ölkələri Veteranları Təşkilatlarının Əlaqələndirmə Şurasının Rəyasət Heyətinə bəyanat göndərmişdir
MDB ölkələri Veteranları Təşkilatlarının Əlaqələndirmə Şurasının Rəyasət Heyətində "Müstəqil dövlətlərin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində Beynəlxalq Birliyin veteranlar təşkilatlarının işi haqqında" məsələ müzakirə edilmişdir.
Respublika Veteranlar Şurasından bildirmişlər ki, həmin məsələ ilə əlaqədar Respublika Veteranlar Şurasının (RVŞ) Rəyasət Heyəti Böyük Vətən müharibəsi veteranlarının, rayon və şəhər veteran təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə geniş iclas keçirmişdir. İclasda Əlaqələndirmə Şurasına təqdim olunmaq üçün bəyanat qəbul edilmişdir.
Sənəddə xalqlar arasında dostluğun möhkəmləndirilməsində veteran təşkilatlarının rolu vurğulanır, Azərbaycan veteranlarının bu sahədə fəaliyyətindən söz açılır və xalqımızın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xatırladılır. Qeyd edilir ki, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşmuş qonşular - Ermənistan və Azərbaycan bu gün müharibə vəziyyətindədir, 20 ildir Azərbaycanın 20 faizdən çox ərazisi işğal olunmuşdur, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz vardır, Xocalı şəhəri respublikanın xəritəsindən silinmişdir, işğal edilmiş şəhər və kəndlərdə mədəni-maarif müəssisələri, tarixi abidələr, maddi-mədəniyyət nümunələri vəhşicəsinə dağıdılmış, meşələr talan edilmişdir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qəbul etdiyi dörd qətnaməyə, ATƏT-in Minsk qrupunun konkret təkliflərinə, Azərbaycan dövlətinin münaqişəni sülh yolu ilə həll etmək istiqamətində məqsədyönlü fəaliyyətinə baxmayaraq, ötən əsrin 80-ci illərindən başlamış təcavüz davam edir.
Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv siyasi qiymət verilməsi tələb olunur. Xüsusi vurğulanır ki, bu problemin həlli yalnız sülh danışıqları yolu ilə mümkündür.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında