Fövqəladə Hallar Nazirliyi Nizami rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yaymışdır

Fövqəladə Hallar Nazirliyi (FHN) Nizami rayonundakı bazarda baş vermiş yanğınla bağlı məlumat yaymışdır.
Məlumatda deyilir ki, Nizami rayonu ərazisində yerləşən təsərrüfat malları bazarında yanğın hadisəsinin baş verməsi barədə nazirliyə məlumat daxil olmuşdur.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğın nəticəsində ümumi sahəsi 20 min kvadratmetr olan bazarda 4500 kvadratmetr sahədə piştaxtalar və polimer materiallar yanmışdır. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, tüstüdən səhhətində nasazlıq yaranmış 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərmişlər. Yanğın saat 2:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında