Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlamışdır

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir.
Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, onun məktəblilər üçün xüsusi versiyası hazırlanmış, dünyada məşhur video paylaşım saytı olan YouTube-də Prezidentin rəsmi videokanalı fəaliyyətə başlamış, qlobal sosial şəbəkə olan Twitter-də dövlətimizin başçısının səhifəsi yaradılmış, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanmış və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilmişdir.
Mobil internet məkanının dinamik inkişafını və yüksələn önəmini nəzərə alaraq Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası istifadəçilərin ixtiyarına verilmişdir. Bundan sonra mobil telefon istifadəçiləri asanlıqla öz telefonlarından dövlətimizin başçısının fəaliyyəti ilə bağlı operativ xəbərlərlə tanış ola, Prezidentin nitqlərini və müsahibələrini oxuya, eyni zamanda, fotoşəkillərə baxa bilərlər.
Mobil telefon istifadəçiləri saytın mobil versiyasına aşağıdakı ünvandan daxil ola bilərlər: www.president.az/mobile
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında