Daxili İşlər Nazirliyinin əməkdaşları Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşmüşlər

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirmişlər ki, bütün bayramlarda, əlamətdar günlərdə olduğu kimi, bu Novruz bayramı günlərində də respublika daxili işlər orqanlarının əməkdaşları ev-eşiyindən didərgin düşmüş soydaşlarımızla görüşmüşlər.

{nl}

Xalqımızın çoxəsrlik milli adətnənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz bayramı ərəfəsində Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun  başçılığı ilə DİN-in nümayəndələri Sabirabad rayonundakı “Şəhriyarköçkün düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.

{nl}

Nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi adından bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Əsgər Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər cəmiyyətimizin həyatının bütün sahələrində ciddi islahatların həyata keçirildiyni, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkədə davamlı sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulamışdır. O, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan dövlətimizin başçısının yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli torpaqlarına qayıdacaqlarına əmin olduğunu  bildirmişdir.

{nl}

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatlıq vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış soydaşlarımıza təqdim olunmuşdur. Görüşdə iştirak edən qaçqın və məcburi köçkünlər daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

{nl}

DİN əməkdaşlarının topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə göndərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında