"Avto Şou" lotereyası: cəmi 3 tiraj və daha 45 həmvətənimizin avtomobil qisməti

Oktyabr ayının 23-də AzTV-nin çoxsaylı tamaşaçıları, "Azərlotereya" ASC-də ənənəyə çevrilmiş mərasimin canlı şahidləri oldular. 15 avtomobilin açarları və iri pul uduşları "Avto Şou" lotereyasının 3-cü tirajının qaliblərinə təqdim olundu.
Ənənəyə uyğun olaraq uduşlarını almış qaliblərlə tanış olaq. Bu dəfə Toyota "Corolla" avtomobili Balakən rayon sakini Əhmədov Loğman Bilal oğluna qismət oldu. Bakıda yaşayan Məmmədova Fatma Xanlar qızı isə Kia "Rio" avtomobili udub. Bakıdan Ağayev Zaur Ağarza oğlu, Oğuzdan Sadıqov Mirvahid Baba oğlu, Lənkərandan Ağayev Ziyad Ağa oğlu və Mirzəyev Beytulla Sətulla oğlu, Xaçmazdan Məmmədov Məmməd Qulu oğlu, Qəbələ sakini Əzməmmədov Samit Şakir oğlu, Laçından Zeynalov Mikayıl Gəray oğlu, Füzuli sakini Cəfərov Qərib Cəlil oğlu, Sabirabad sakini Əhədov Bəhruz İspəndiyar oğlu VAZ 2107 avtomobilinə sahib oldular. Bakı şəhər sakini Abdullayeva İlahə Ağabala qızı 5000 manat, Balakən rayon sakini Məmmədova Sevda Şəhmir qızı isə 3000 manat uddular.
Bu gün, "Azərlotereya" ASC-nin bir araya gətirdiyi bu insanlarla söhbətləşdikcə məlum olur ki, onların böyük əksəriyyəti lotereya oyunlarının daimi və sadiq iştirakçılarıdır. Qaliblərdən birinin - Bakı sakini Ağayev Zaur Ağarza oğlunun ailəsində, bu "VAZ 2107" lotereyada udduqları ikinci avtomobildir. Hələ 2000-ci ildə qalibin ailəsi VAZ 2107 avtomobili udubmuş və bir neçə ildə lotereya oyunlarında müntəzəm iştirak etsələr də, son 4 ildə bir bilet belə almırmışlar. Bu yaxınlarda övladı dünyaya gələn Zaur körpənin 40 günü tamam olanda, məhz oğlu Ülvinin adına 2 bilet alıb və ailədə ikinci avtomobil uduşu ona nəsib olub.
60 yaşlı Cəfərov Qərib Cəlil oğlu bildirir ki, yaxınlarından bəzilərinin bədbinliyini bölüşmür. O, nəql edir ki, bu tirajda da aldığı biletləri qarşısına düzüb həyəcanla tirajı izləyərkən, həyat yoldaşı onu qınaya-qınaya, deyinə-deyinə gedib yatmağa. VAZ 2107 avtomobilini udan Qərib kişi sonradan həyat yoldaşını heç vəchlə inandıra bilmədiyindən, yalnız ertəsi günü, onun oğlu internet vasitəsi ilə yoxladıqdan sonra anasını inandıra bilib.
Ümumilikdə təkcə "Avto Şou" lotereyasının üç tirajının nəticəsi olaraq 45 həmvətənimiz avtomobil sahibi oldular.
Lotereya həvəskarlarına təqdim olunan iri pul uduşları, çoxsaylı abtomobillərlə yanaşı 145 mənzili qeyd etməmək olmaz. Maraqlı odur ki, Bakı şəhərində mənzillərin uduşa qoyulduğu "Taleh açarı" lotereyası təkcə bakılılar arasında deyil, bütün ölkə ərazisində populyardır. Bu lotereyanın 5-ci tirajında 3 otaqlı mənzil udmuş Bakı şəhər sakini Zeynalova Mehriban Akif qızı ilə yanaşı, 1 otaqlı mənzil udmuş Lerik rayon sakini Hüseynov Novruz Salman oğlunu, Qazax rayonunun iki sakinini - 1 otaqlı mənzil udmuş Xəlilov Fariz Nəriman oğlunu, 2 otaqlı mənzil udmuş Yolçuyev Adil Yolçu oğlunu və onlarca başqalarını göstərmək olar. Yeri gəlmişkən, "Taleh açarı" lotereyası oyun iştirakçılarını artıq təkcə mənzillərlə deyil, həm də avtomobillə sevindirəcək.
Hazırda ənənəvi "Ailə Sevinci", "Binqo", "5/36"," "Piramida", "Taleh açarı" və "ŞANS" lotereyalarında lotereya həvəskarlarını Toyota "Prado" və "Corolla", "Mercedes", Volkswagen "Touareg" və "Passat", Hyundai "Sonata", Nissan "Sunny", Kia "Rio", VAZ 2107, təmirli mənzillər, 95000, 75000, 65000 manat məbləğində uduşlar gözləyir. Son bir-iki həftə ərzində "Piramida" lotereyasının "Cek-Pot"-u 23 000 manata çatıb və bu məbləğ 20 gedişə oynanılır.
Lotereya həvəskarlarının nəzərinə çatdırmaq istərdik ki, sabah "Ailə Sevinci" lotereyasinın 43-cü tirajında oyun iştirakçılarını unikal bir şans gözləyir. 42000 manat məbləğində "Cek-Pot"-un udulması şansını "Azərlotereya" ASC maksimuma çatdırıb. Belə əhəmiyyətli məbləğ 42 gedişə oynanılır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında