BMT Günü Bakıda qeyd edilmişdir

24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü münasibətilə Azərbaycanda BMT-nin Keçmiş Təcrübəçiləri Assosiasiyası (ABMTKTA) və BMT-nin İctimai Məlumat Departamenti (UNDPİ) Park Bulvar ticarət mərkəzində tədbir keçirmişlər.
Məqsəd BMT-nin strukturu, təşkilatın ölkəmizdə və dünyada müxtəlif sahələr üzrə gördüyü işlər barədə ictimaiyyəti məlumatlandırmaq olmuşdur.
Tədbirdə təşkilatların nümayəndələri BMT-nin yaranması, fəaliyyəti, strukturu haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minmişdir və 1948-ci ildən etibarən hər il oktyabrın 24-ü bütün dünyada BMT Günü kimi qeyd edilir.
Tədbir Milli Konservatoriyanın tələbələrinin ifasında konsert proqramı ilə başa çatmışdır.
Sonda iştirakçılara bukletlər və məlumat kitabçaları paylanmış, ictimaiyyəti maraqlandıran suallar cavablandırılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında