Birləşmiş Millətlər Təşkilatının yaranmasından 65 il keçir

Altmış beş il bundan əvvəl, oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının əsasını qoyan BMT Nizamnaməsi qüvvəyə minmişdir.
2010-cu ilin sentyabrında Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışında demişdir: "Azərbaycan davamlı inkişaf və hamı üçün qlobal tərəqqinin bərqərar olması işinə tam dəstəyini nümayiş etdirir və bu istiqamətdə dayanmadan səylər göstərir. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədləri və hədəflərinin həyata keçirilməsinə öz töhfəsini verməkdə davam edəcəkdir".
2000-ci ildə Azərbaycan Nyu-Yorkda keçirilən və dünya liderlərinin 2015-ci ilə qədər səhiyyə, gender bərabərliyi, təhsil və davamlı ətraf mühit sahələrini əhatə edən Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olacaqları barədə vəd verdikləri zirvə toplantısında BMT-nin Minillik Bəyannaməsini imzalamışdır. Ötən bir neçə il ərzində artan neft və qaz gəlirləri vasitəsi ilə əldə edilmiş sürətli iqtisadi inkişaf sayəsində Azərbaycan bu məqsədlərdən bir çoxuna nail ola biləcəyini nümayiş etdirməklə bərabər 2001-ci ildəki 49 faizlik yoxsulluq göstəricisini 2009-cu ildə 11 faizə qədər azaldaraq böyük bir uğura imza atmışdır.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatına 1992-ci ilin martında üzv olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında