Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası vətəndaşların istifadəsinə yeni www.rusum.az internet portalını təqdim etmişdir

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən verilən məlumatda bildirilir ki, dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatları vətəndaşlara təqdim etmək üçün yeni www.rusum.az internet portalı istifadəyə verilmişdir.
www.rusum.az bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyidir. Portal vasitəsilə vətəndaşlar hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun və cərimələrin məbləği barədə daha asan məlumat əldə edə biləcəklər. Bununla yanaşı, xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilmişdir. Vətəndaşlar saytdan istifadə etməklə tələb olunan ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim edə bilərlər.
www.rusum.az vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələrini də təqdim edir. İnternet saytı, həmçinin daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorları da təqdim edir. Belə ki, vətəndaşlar səhifədəki pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə biləcəklər.
Portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə vermək, bu sahədə vətəndaş cəmiyyətinin daha fəal iştirakını təşviq etməkdir.
İnternet portalı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sifarişi ilə "Antikorrupsiya Araşdırmalar Mərkəzi" və "Prodemos" qeyri-hökumət təşkilatları tərəfindən hazırlanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında