Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının yeni ikimərtəbəli inzibati binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov rayon təşkilatının fəaliyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni inzibati binanın açılışı münasibətilə partiya üzvlərini, onun təəssübkeşlərini, tədbir iştirakçılarını təbrik edərək demişdir:
-Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabr ayında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis edilmişdir. Bir müddət sonra partiyanın rayon təşkilatlarının yaradılmasına başlanmışdır. Onlardan biri də 1993-cü ilin fevral ayında yaradılmış Culfa rayon təşkilatıdır. Rayon təşkilatı yaranan zaman 25 ərazi ilk partiya təşkilatında 450 partiya üzvü var idi. Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının digər təşkilatları kimi, Culfa rayon təşkilatı da uğurlu yol keçmişdir. Hazırda 90 ərazi ilk partiya təşkilatında 4886 partiya üzvü birləşir. Bu da YAP Naxçıvan Muxtar Respublika təşkilatında birləşən 46 min 72 partiya üzvünün 10,6 faizini təşkil edir. Təşkilatın uğurlu fəaliyyətinin bir göstəricisi də onun üzvlərindən 3 nəfərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmasıdır. Zamanın tələbi ilə ulu öndərin Azərbaycanın ağır dövründə yaratdığı bu partiya ilk gündən xalqın partiyası olmuşdur. Ona görə də ötən illər ərzində inkişaf etmiş, daha da möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasının Nizamnaməsindəki tələblərlə əməli üst-üstə düşdüyünə görə inkişaf edərək xalqın böyük etimadını qazana bilmişdir. Yeni Azərbaycan Partiyası populist fikirlərdən uzaq, ideyaları əməli ilə üst-üstə düşən bir partiyadır. Partiya üzvlərinin əksəriyyəti dövlət qulluğunda vəzifələrdə təmsil olunur və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Ali Məclisin sədri sözünə davam edərək demişdir:
-Partiya deyəndə biz ölkə başçısını, Yeni Azərbaycan Partiyasının sədrini, partiyada təmsil olunan fəal ziyalıları, Azərbaycanın qurucularını nəzərdə tuturuq. Ölkə başçısı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədridir. Bu imkan verir ki, ölkədə həyata keçirilən tədbirlərdə partiyanın üzvləri fəal iştirak etməklə onun mövqelərini daha da möhkəmləndirsinlər. Ümumiyyətlə, ölkəmizdə tək Yeni Azərbaycan Partiyası fəalları üçün yox, cəmiyyətimizin bütün üzvləri üçün elə iş şəraiti yaradılmışdır ki, hər bir kəsin əməyi respublikamızın inkişafına, müstəqilliyinin möhkəmlənməsinə sərf olunsun. Onların arasında Yeni Azərbaycan Partiyası üzvləri daha fəal olmalı və öz işləri ilə nümunə göstərməlidirlər. Yeni Azərbaycan Partiyası xalqın partiyası olduğuna görə onun həyata keçirdiyi tədbirlər də əhalinin hər bir təbəqəsini əhatə edir. Yeni Azərbaycan Partiyasının sədri kimi ulu öndərimiz tərəfindən əsası qoyulan işlərin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, əhalinin hər bir təbəqəsi dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, sağlamlığını itirmiş hərbi əlillərə və sosial qayğıya ehtiyacı olan digər insanlara dövlət tərəfindən lazımi kömək göstərilir. Pensiyalar, əməkhaqları artırılır, onlara evlər tikilir, avtomobillər verilir, sağlamlıqlarının qorunması üçün lazımi müalicə yerlərinə göndərilir və digər tədbirlər həyata keçirilir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının yeni inzibati binasına baxış keçirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında