Bakının möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox sevindirici haldır

Bakının möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox sevindirici haldır. Bu, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığını nümayiş etdirir.
Bu sözləri Bakıda keçirilmiş beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunda iştirak edən ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri, hollandiyalı ekspert Aleksandr Kornelisen müsahibəsində demişdir.
A.Kornelisen iki günlük simpoziumun dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparmaları baxımından əla imkan olduğunu söyləmişdir. Bu tədbirin keçirilməsini xüsusilə də gənc alimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından stimullaşdırıcı hadisə hesab etmək olar.
Qonaq Azərbaycandakı inkişaf prosesləri ilə bağlı demişdir: "Mən on il bundan əvvəl ATƏT-in Bakı ofisinin rəhbəri işləmişəm. On ildən sonra Azərbaycana qonaq gəlməkdən çox məmnunam. Bakıda özümü doğma vətənimdəki kimi hiss edirəm. Burada gördüyüm inkişaf prosesləri məni valeh etdi".
A.Kornelisen əmin olduğunu bildirmişdir ki, Azərbaycanda bu cür yüksək səviyyəli tədbirlər davamlı olaraq keçiriləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında