Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu olduqca uğurlu keçdi

Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu olduqca uğurlu keçdi. Bu simpoziumun təşkil edilməsi çox vacib idi. Buna görə də biz alimlər Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsini yüksək qiymətləndiririk.
Bu sözləri simpoziumda iştirak edən Türkiyənin nüfuzlu Uludağ Universitetinin professoru Təyyar Ari demişdir.
T.Ari yüksək səviyyədə təşkil edilmiş simpoziumun həm də çoxsaylı əcnəbi alimlərin və ekspertlərin Cənubi Qafqazda cərəyan edən proseslər, eləcə də bu regionun lider dövləti olan Azərbaycanın mövcud reallıqları ilə daha yaxından tanış olmaları baxımından əhəmiyyətini vurğulamışdır.
Bu baxımdan qonaq tədbirdə müzakirə olunan mövzuların zəruriliyinə diqqəti cəlb etmişdir. T.Ari demişdir: "Mən əminəm ki, bu simpoziumda iştirak edən alim və mütəxəssislər Azərbaycanda gördükləri yüksək səviyyəli qonaqpərvərlikdən, əldə etdikləri təfərrüatlı məlumatlardan sonra bu ölkənin reallıqları, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından maraqlanacaqlar. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın gözəlliyi və buradakı qardaş və bacılarımızdan gördüyümüz hörmət bu tədbirin iştirakçılarında unudulmaz təəssüratlar yaratdı".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında