Bütün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Bütün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ və ətraf əraziləri işğal olunmuş ərazilər sayır.
Bunu jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdir. Nazir bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilkin mərhələdə torpaqlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. İndi hər şey Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırlayacağı hesabatdan və onların atacağı addımlardan asılıdır.
Hazırda qiymətləndirmə missiyasının hesabatı üzərində iş davam etdirilir. 2005-ci ildə işğal altında olan Azərbaycan ərazilərinə səfər edən qiymətləndirmə missiyası Dağlıq Qarabağ ətrafındakı bütün rayonlara səfər etməmişdi, bu dəfə isə missiya bütün rayonlara, o cümlədən Kəlbəcərə səfər etmişdir və biz hazırlanacaq hesabatın ədalətli olacağını gözləyirik.
Azərbaycanda viza rejimi ilə bağlı edilmiş dəyişikliklərə də münasibət bildirən xarici işlər naziri bildirmişdir ki, bu dəyişiklik Avropa standartlarına uyğun olaraq həyata keçirilmişdir. Nazir dəyişikliyin noyabrın 7-də ölkəmizdə keçiriləcək parlament seçkilərini izləməyə gələcək müşahidəçilərə heç bir problem yaratmayacağını demişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında