Bakıda Beynəlxalq İnformasiya Mərkəzinin açılışı olmuşdur

Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Bakıda Beynəlxalq İnformasiya Mərkəzi (BİM) açılmışdır.
Mərkəzin rəhbəri Elnur Baimov bildirmişdir ki, dünya ictimaiyyəti Azərbaycandakı seçki prosesinə böyük maraq göstərir. Biz beynəlxalq media strukturları ilə sıx təmasda olduğumuz üçün onların seçki prosesini işıqlandırmasına kömək etmək məqsədi ilə Beynəlxalq İnformasiya Mərkəzini təsis etmişik. Bundan əsas məqsəd qarşıdan gələn parlament seçkilərini izləyəcək xarici ölkələrin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə informasiya dəstəyi göstərməkdir.
Mərkəzdə Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır. Seçkilərlə bağlı gündəlik məlumatların əldə edilməsində, deputatlığa namizədlər və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə yardım göstəriləcəkdir.
Mərkəz ən müasir kompyuter texnikası və yüksək sürətli internet ilə təchiz olunmuş, xarici jurnalistlər üçün istirahət otağı da yaradılmışdır.
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında indiyədək 20 xarici ölkə jurnalisti qeydiyyatdan keçmişdir. MSK-da xarici ölkə jurnalistlərin qeydiyyatı davam edir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında