Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılmışdır

Oktyabrın 25-də Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 7-nə təyin edilmiş seçkilərlə bağlı seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılmışdır.
Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilmişdir.
Milli Məclisin mətbəəsində çap edilən bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilmişdir. Seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 5 milyon 96 min 574 ədəd bülleten çap olunmalıdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidirlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında