MDB PA-nın müşahidə missiyası seçkilərlə bağlı monitorinqi davam etdirir

MDB Parlamentlərarası Assambleyasının seçkiqabağı geniş tərkibli müşahidə missiyası noyabrın 7-də Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidələrini davam etdirir.
MDB PA-nın Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının Sumqayıt, Lənkəran, Gəncə, Şəki və Qubada seçkilərin təşkili və gedişini izləmək üçün yaratdığı qərargahlarda yerli və beynəlxalq ekspertlər çalışırlar. Onlar, həmçinin 14 istiqamətdə monitorinqlər aparırlar. Bura əsasən seçkinin hazırlıq prosesi, seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyası, kütləvi informasiya vasitələrinin fəaliyyəti daxildir.
Eyni zamanda, qurum paytaxtda və bölgələrdə seçki hüququna malik vətəndaşların və seçki prosesi iştirakçılarının hüquqi mədəniyyətinin artırılması məqsədi ilə maarifləndirmə tədbirləri həyata keçirir. Noyabrın 7-də seçkini izləmək üçün isə Assambleyanın başqa tərkibdə müşahidə missiyası Azərbaycana gələcəkdir.
İnstitutun Bakı filialının direktoru Elman İmaməliyev demişdir ki, yaxın günlərdə uzunmüddətli müşahidə missiyası özünün aralıq hesabatını təqdim edəcəkdir. Hazırda aparılan monitorinqin nəticələri ekspertlər tərəfindən təhlil olunur.
Seçki günü aparılan müşahidələrin ilkin rəyi prosesdən dərhal sonra, seçkidən bir müddət sonra isə ümumi yekun rəy ictimaiyyətə təqdim ediləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında