2011-2012-ci illərdə Azərbaycan GUAM-ın Terrorizmə qarşı mübarizə üzrə İşçi Yarımqrupunun fəaliyyətini əlaqələndirəcəkdir

GUAM-ın Katibliyinin rəsmi saytında verilən məlumata görə, bu təşkilatın Kiyevdəki mənzil-qərargahında Azərbaycan tərəfinin sədrliyi ilə təşkilatın Terrorizmə qarşı mübarizə üzrə İşçi Yarımqrupunun (TER-İYQ) 5-ci iclası olmuşdur.
İclasda 2010-cu ildə aparılmış iş barədə əlaqələndirici ölkənin hesabatı dinlənilmiş, GUAM üzvü olan dövlətlərdə milli qanunvericiliyin inkişafı, operativ vəziyyət və terrorizmin qarşısının alınması və ona qarşı mübarizə sahəsində görülmüş tədbirlər barədə informasiya mübadiləsi aparılmış, təşkilatın üzvü olan dövlətlərin regional əməkdaşlığı məsələləri müzakirə edilmişdir.
İclasda GUAM iştirakçısı olan dövlətlərin xüsusi xidmətlərinin operativ qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməyin və inkişaf etdirməyin, informasiya mübadiləsini intensivləşdirməyin, keçirilən təlimlərdə və treninqlərdə qarşılıqlı iştirakı fəallaşdırmağın vacibliyi qeyd edilmişdir.
Tərəflər GUAM iştirakçısı olan dövlətlərin terrorizmin qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığının müqavilə-hüquqi bazasının vəziyyətini nəzərdən keçirmiş, "GUAM-ın informasiya bülleteni"nin terrorizmin qarşısının alınması və ona qarşı mübarizə sahəsində tematik bölməsinin strukturunu razılaşdırmışlar. GUAM iştirakçısı olan dövlətlərin terrorizmin qarşısının alınması və ona qarşı mübarizə işində digər beynəlxalq təşkilatlar, ilk növbədə BMT, ATƏT və Avropa Şurası çərçivəsində qarşılıqlı fəaliyyətini intensivləşdirmək, GUAM-ın digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri də müzakirə edilmişdir.
TER-İYQ 2011-ci il üçün təşkilati-praktiki tədbirlər planının layihəsinə dair təklifləri razılaşdırmış, tərəflərə milli nümayəndə heyətlərinin formalaşdırılması işinin başa çatdırılması barədə tapşırıq vermiş və 2011-2012-ci illərdə TER-İYQ-nin əlaqələndirici ölkəsi kimi Azərbaycan Respublikasının namizədliyini razılaşdırmışdır.
Yarımqrupun növbəti iclası 2011-ci ilin aprel ayı üçün planlaşdırılmışdır.{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında