Qubadakı kütləvi məzarlıqda aşkarlanan insan sümükləri basdırılmayacaqdır

Qubadakı kütləvi məzarlıqda aşkarlanan insan sümükləri basdırılmayacaqdır. Ərazidə piramida formasında abidə kompleksi tikiləcəkdir.
Memorial kompleksin həyətində erməni terrorunun qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə rəmzi məzar daşları da qoyulacaqdır.
Artıq kütləvi məzarlıqda kompleksin tikintisinə başlanılmışdır. Layihəyə görə piramidanın hündürlüyü bəzi nöqtələrdə 18, bəzi hissələrdə isə 24 metr olacaqdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev demişdir ki, kompleksdə tikinti işlərinə başlanılmışdır, amma məzarlıqdakı sümüklərdə çürümə prosesi gedir, bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməkdədir.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirmişdir ki, skelet sümükləri xarici mühitin mənfi təsirinə daha dözümlü olur. Sümüklərin uzun müddət qalması üçün turşuluğu az olan qələvidən istifadə edilir. Birliyə 7432 ədəd skelet sümüyü gətirilmişdir. Bu sümüklər əsasən çanaq, qol və kəllə sümükləridir. Məqsəd skelet sümüklərinin uzun illər qalması üçün dərmanlayaraq yenidən memorial kompleksə qaytarmaqdır.
Dərmanlamaya təqdim olunan sümüklər məzarlıqda aparılan qazıntıların üst qatından götürülmüşdür və onların üzərində işgəncə xarakterli zorakılıq əlamətlərinin olduğu sübuta yetirilmişdir.
Ş.Musayev demişdir ki, artıq skelet sümüklərində çürümə prosesini dayandırmışıq, oradakı bütün mikroblar zərərsizləşdirilmişdir. İndi bu skelet sümükləri sanitar epidemioloji baxımdan təhlükəsizdir və istənilən şəxs onları əlinə götürüb vəziyyətləri ilə tanış ola bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında