Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş müsabiqələrə yekun vurulmuşdur

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş müsabiqələrdə qalib gəlmiş məktəblilərin mükafatlandırılma mərasimi olmuşdur.
Müsabiqələr Rusiyanın Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyi, rus icması və Rus Dili Müəllimləri Assosiasiyası tərəfindən təşkil olunmuşdur. "Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov qalibləri təbrik etmiş, bu il keçirilən tədbirlərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunduğunu vurğulamışdır.
Ümumiyyətlə, Bakı və regionların orta məktəb, lisey və gimnaziyalarını təmsil edən 40-dan çox məktəblisi Qələbənin 65 illiyinə həsr olunmuş bir sıra inşa, rəsm, habelə, müharibə illəri mahnılarının ən yaxşı ifası müsabiqələrində iştirak etmişdir. Bu qəbildən ən böyük layihə isə "Heç kim və heç nə unudulmayıb" adı altında müsabiqələr və uşaq rəsmləri müsabiqəsi olmuşdur.
"Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan uşaq rəsm sərgisində 50 məktəb və uşaq qalereyası iştirak etmişdir.
Müsabiqənin Moskvadan olan münsiflər heyətinin Azərbaycandan seçdiyi 32 qalibdən 6-sının rəsm işi Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən çap olunan xüsusi alboma salınmışdır.
Sonda müsabiqə qaliblərinə xatirə hədiyyələri təqdim edilmiş, Bakı məktəblilərinin iştirakı ilə konsert olmuşdur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında