AŞPA-nın seçkiqabağı missiyası Azərbaycanda parlament seçkilərinə hazırlıq işlərinin sakit şəraitdə aparıldığını bəyan etmişdir

AŞPA-nın seçkiqabağı missiyası Azərbaycanda parlament seçkilərinə hazırlıq işlərinin sakit şəraitdə aparıldığını bəyan etmişdir.
Bu fikir Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının oktyabrın 18-dən 21-dək ölkəmizə səfəri ilə əlaqədar qurumun saytında yerləşdirilmiş hesabatında qeyd edilmişdir.
Hesabatda deyilir ki, AŞPA-nın müxtəlif partiyaları təmsil edən beş nəfərdən ibarət missiyası Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə hazırlığın vəziyyəti ilə yaxından tanışlıq üçün Bakıda səfərdə olmuşdur. Missiya Azərbaycanda seçkilərə hazırlığın bütövlükdə tam sakit şəraitdə keçdiyini yüksək qiymətləndirmişdir.
Missiya qeyd etmişdir ki, yeni seçki kampaniyası beş il bundan əvvəl keçirilmiş seçki kampaniyasından müsbət mənada tamamilə fərqlənir. Seçkilərə hazırlıq yüksək səviyyədə təşkil edilmişdir. Mərkəzi Seçki Komissiyası öz işində böyük dönüş yaradaraq, mühüm təşkilatçılıq tədbirləri həyata keçirmişdir.
AŞPA-nın missiyası ötən seçkilərlə müqayisədə bu seçkilərdə müxalifətin fəal iştirakını qeyd etmiş, bunu Azərbaycanda demokratiyanın inkişafı kimi dəyərləndirmiş, qeyri-hökumət təşkilatlarına yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Missiya çoxsaylı namizədlərin qeydə alınmasını da Azərbaycanda demokratik təsisatların fəaliyyətində müşahidə olunan irəliləyişlə əlaqələndirmişdir.
Hesabatda missiya üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə, Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin sədrləri, daxili işlər naziri, müxtəlif siyasi partiyaların, seçkiqabağı blokların, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirdikləri görüşlər, ATƏT-in və diplomatik korpusun üzvləri ilə apardıqları müzakirələr barədə məlumatlar da yer almışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında