Azərbaycanın Avropaya inteqrasiyası təqdirəlayiqdir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə missiyasının rəhbəri, səfir xanım Odri Qlover oktyabrın 23-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə sıx əməkdaşlıq edir. DTİHB artıq səkkizinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edir. Bu, əməkdaşlığımızın bariz nümunəsidir.
Milli Məclisin sədri vurğulamışdır ki, Avratlantik məkana sürətlə inteqrasiya edən Azərbaycan öz qanunlarını Avropa standartlarına uyğunlaşdırır. Bununla əlaqədar olaraq Twinninq layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edirik.
Sonra Oqtay Əsədov noyabrın 7-də keçiriləcək seçkilərlə əlaqədar qonaqlara məlumat vermiş, Azərbaycan dövlətinin bu seçkilərin də demokratik, şəffaf və azad keçirilməsi üçün bütün imkanları səfərbər etdiyini bildirmişdir.
Xanım Odri Qlover demişdir ki, Azərbaycanın Avropaya inteqrasiyası təqdirəlayiqdir. DTİHB-nin siyasi və seçkilər üzrə ekspertləri sentyabrın 28-dən Azərbaycanda seçkilərə hazırlıq prosesini izləyirlər. Seçki prosesi daim yeniləşən, dəyişən bir prosesdir. Biz əvvəlki seçkilərlə müqayisədə xeyli irəliləyişləri müşahidə etmişik. Müşahidə missiyası bu və digər amilləri nəzərə alaraq ilkin, aralıq hesabatını hazırlamışdır.
Söhbət zamanı Azərbaycan ilə ATƏT və onun digər təsisatları arasında əməkdaşlığın inkişaf perspektivləri, seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilərin rolu, namizədlərin təbliğat kampaniyalarının təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında