Estoniyalı qonaqlar Heydər Əliyev Fondunda olmuşlar

Estoniyanın Tallinn şəhərinin Kristiyne rayonunun başçısı Mixail Korbun rəhbərliyi ilə Bakıya səfərə gəlmiş nümayəndə heyəti aprelin 15-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara fondun vəzifələri və fəaliyyəti barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği olan fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.
Estoniya nümayəndə heyəti ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara maraqla baxmışlar.
Məlumat verilmişdir ki, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövr tariximizə sabitlik və inkişaf mərhələləri kimi daxil olmuşdur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Heydər Əliyev Fondu ilə tanışlıq qonaqlarda zəngin təəssürat yaratmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında