Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun keçirilməsi xəbəri bizi çox sevindirdi

Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi xəbəri bizi çox sevindirdi. Biz belə bir tədbirin təşkil edilməsini çoxdan gözləyirdik.
Bu sözləri simpoziumda iştirak edən Böyük Britaniyadan olan tanınmış antropoloq Tamara Draqadze AzərTAc-a müsahibəsində demişdir.
Xanım Draqadze bildirmişdir ki, bu simpozium digər konfranslardan çox fərqlənir. İlk növbədə ona görə ki, beynəlxalq aləmdə bir-biri ilə əlaqəsi olmayan çoxlu sayda gənc alimlər bu tədbirdə tanış olur və ünsiyyət qururlar.
Simpoziumun Bakıda keçirilməsindən məmnunluğunu qeyd edən xanım Draqadze Azərbaycanda son dövrlərdə baş verən inkişaf proseslərini yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən qonaq demişdir ki, problem beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Ermənistan rəhbərliyi belə bir reallığı qəbul etməlidir ki, bu münaqişənin həlli siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf baxımından rəsmi Yerevanın özü üçün faydalı olacaqdır. Münaqişənin həlli həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi baxımından zəruridir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında