ABŞ-ın Çapman Universitetində Azərbaycan haqqında mühazirə oxunmuşdur

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov ABŞ-ın Kaliforniya ştatında yerləşən Çapman Universitetində Azərbaycana həsr olunmuş mühazirə ilə çıxış etmişdir.
Tədbirdə universitetin professor-müəllim heyəti və magistr pilləsində təhsilini davam etdirən tələbələr iştirak etmişlər.
Baş konsul Azərbaycanın tarixi, geosiyasi mövqeyi, regiondakı aparıcı rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regionun inkişafına təsiri haqqında ətraflı məlumat vermişdir. Geosiyasi baxımdan mürəkkəb regionda yerləşən Azərbaycan rəhbərliyinin praqmatik xarici siyasət apardığı və böyük iqtisadi uğurlar qazandığı qeyd olunmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpağının işğal edildiyi, bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Rəsmi Yerevanın regionda qeyri-konstruktiv xarici siyasətini davam etdirməsinin nəticəsində nəhəng layihələrdən kənarda qaldığı və inkişaf baxımından digər ölkələrdən gerilədiyi qeyd olunmuşdur.
Çıxışda, həmçinin Azərbaycan dövlətçiliyinin yaranma tarixi və təkamülü, ölkənin iqtisadi inkişafı, son dövrlərdə həyata keçirilən iqtisadi layihələr, Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu barədə də dinləyicilərə məlumat verilmişdir.
Tələbələrin suallarını cavablandıran E.Süleymanov Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi və təbiətin mühafizəsi sahəsində görülən işlər barədə danışmış, ARDNŞ-in ətraf mühitin təmizlənməsi istiqamətində həyata keçirdiyi layihələrə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında