BMT Günü ilə bağlı tədbirlər davam edir

Oktyabrın 22-də Bakıdakı 5 nömrəli məktəbdə 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, BMT-nin İctimai İnformasiya Departamentinin təşkilatçılığı ilə "BMT sizin üçün çalışır" (UN4U) kampaniyası çərçivəsində keçirilən tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbirdə BMT-nin Azərbaycan üzrə İctimai İnformasiya Departamentinin nümayəndəsi Araz Yusubov şagirdlərə təmsil etdiyi beynəlxalq təşkilatın yaranması, fəaliyyəti, strukturu haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minmişdir və həmin tarix 1948-ci ildən bəri BMT Günü kimi qeyd edilir.
2008-ci ildən başlayan bu təbliğat kampaniyasının əsas məqsədi məktəbliləri, gəncləri və bütün ictimaiyyəti BMT-nin sistemi, təşkilatın ölkədə gördüyü işlər haqqında məlumatlandırmaqdır. Oktyabrın 19-dan 26-dək davam edəcək BMT həftəsi çərçivəsində Bakının, həmçinin Gəncə, Mingəçevir və Füzulinin 300-dən çox orta məktəbində maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
BMT-nin əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədova agentliklərin fəaliyyətinin əlaqələndirilməsi və Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı sahələr üzrə gördüyü işlər barədə danışmışdır.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunmuş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında