Səbail rayonu uğurlar estafetini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında geniş müzakirə olunmuşdur.
Toplantını giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclası barədə məlumat verərək qeyd etmişdir ki, ilin 9 ayı ərzində ölkədə iqtisadi artım 4,1 faiz, qeyri-neft sektoru üzrə isə 5,2 faiz olmuşdur. Əhalinin pul gəlirləri 11 faiz artmış və inflyasiyanı 2 dəfədən çox üstələmişdir. Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollardan 28 milyard dollara çatmışdır. Bunlar ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
İlin əvvəlindən rayonda görülən işlərdən daha geniş danışan Asif Əsgərov qeyd etmişdir ki, 2010-cu ilin doqquz ayı ərzində sənaye müəssisələri istehlakçılara 15500,5 milyon manatlıq məhsul göndərmiş və ya xidmətlər göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çoxdur. Nəqliyyat müəssisələri 332,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,1 faiz, rabitə müəssisələri 580,9 milyon manatlıq və ya 11,8 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına 1518,1 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,5 faiz çoxdur. Rayonda çalışan işçilərin sayı 84906 nəfər, orta aylıq əmək haqqının məbləği isə 835,1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 29,0 faiz çoxdur. 2010-cu ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 806 yeni iş yeri açılmışdır, bunların hamısı daimidir. Ümumilikdə 2003-cü ilin oktyabr ayından 2010-cu ilin sentyabr ayına kimi rayonda 32594 iş yeri açılmışdır ki, onların 31726-ı daimidir.
Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Bulvarda möhtəşəm "Bakı Biznes", "Park Bulvar" ticarət və istirahət mərkəzlərinin, Neftçilər prospektində "Dalğa Plaza" iş mərkəzinin, Bayılda möhtəşəm Bayraq Meydanının asılış mərasimləri olmuşdur. Əsaslı təmir-yenidənqurma işlərindən sonra Respublika Klinik Uroloji Xəstəxanasının, "Respublika" mehmanxanasının binaları, Fəvvarələr və Xaqani bağları, 132-134 saylı Təhsil Kompleksi istifadəyə verilmişdir.
Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan əsaslı təmir işləri başa çatdırılmış və sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının inşası, "Yaxt-klub"da yenidənqurma işləri və Bibiheybət qəsəbəsindən şəhərin mərkəzi istiqamətdə uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində "Four seasons", "Hilton" və "Yeni Abşeron" mehmanxanalarının inşası, 20-ci sahədə "Neftçi" idman-sağlamlıq mərkəzinin "Bibiheybət" stadionunda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Tarixi abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq İçərişəhərdə yerləşən XI əsr abidəsi "Həzrət Məhəmməd" məscidinin bərpa və konservasiyası işləri aparılır.
Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsində T.Məmmədov - 18 və 11, Badamdar - 40 ünvanlardakı həyətlər təmir olunaraq istifadəyə verilmişdir. Mətbuat prospekti - 2 və Badamdar yolu - 107/109 ünvanlarda yeni həyətlərində təmir aparılır. İlin əvvəlində Badamdar qəsəbəsində boş sahədə gözəl istirahət parkı salınmışdır. Qəsəbədə inşa olunan Xeyir-şər evində artıq son tamamlama işləri aparılır. Buradakı Heydər Əliyev parkında təmir-yenidənqurma aparılması üçün layihə sənədləri hazırlanmışdır. Əlavə olaraq Qafur Məmmədov adına parkda və Xanlar küçəsi - 2 ünvandakı boş sahədə təmir-abadlıq işlərinə başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Badamdar qəsəbə mədəniyyət evi istifadəyə verilmiş, Səbail Rayon Polis İdarəsinin yeni binasının açılışı olmuşdur. Milli Qurtuluş günü ərəfəsində əsaslı təmirdən sonra Rəşid Behbudov adına 2 saylı uşaq musiqi məktəbi istifadəyə verilmişdir. Son müddətdə 110 və 130 saylı uşaq bağçalarında, 15 saylı uşaq poliklinikasında əsaslı təmir işləri başa çatdırılmışdır. Bu gün Səbail rayonunda böyük abadlıq-quruculuq işləri davam edir. Bu işlər çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün yeni binanın, Bibiheybət qəsəbəsinin dənizkənarı hissəsində mini futbol meydançasının, bir neçə həyətin əsaslı təmiri aparılır.
İclasda bildirildi ki, Səbail rayonunun xidmət təsərrüfatının normal fəaliyyəti və mənzil fondunun qorunub saxlanılması, abadlıq və təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, bu sahəyə aid tapşırıqlar dəqiq icra olunmuşdur. Hesabat dövründə rayonda bir sıra kütləvi tədbirlər hazırlanaraq keçirilmişdir. Müxtəlif tarix və ildönümləri təntənə ilə qeyd olunmuşdur.
Rayonun bir sıra xidmətlərinin rəhbərləri yığıncaqda çıxış etmiş, təklif və mülahizələrini bildirmişlər. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də diqqət mərkəzində olmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında