İqtisadiyyat və ekologiya

{nl}

Hər iki sözün özünə görə mənşəyi mövcuddur. "Ekonomika" yunan mənşəli söz olub, hərfi mənada "ev təsərrüfatının səliqə-səhmana salınması" kimi ifadə oluna bilər. "Eko" sözü isə "ev, daxma" mənasında anlaşılır. Yəni indiki dövrdə belə başa düşülməlidir ki, bəşəriyyətin inkişaf etmiş ölkələrinin tərəqqipərvər övladları haray-həşir salıb həyəcanla elmi faktorlara əsaslanaraq elan edirlər: "Ey insanlar! Üstündə yaşadığımız, havasını udduğumuz, suyunu içdiyimiz, təbii sərvətlərini təsəvvürə gəlməyəcək dərəcədə talan edib, viranəliyə çevirdiyimiz Yer kürəsi bütün canlı aləmin evidir, sığınacağıdır, onun sərvətlərindən səmərəli, düşünülmüş istifadə etməlisiniz. Təbiət şıltaqdır, amma onunla şıltaqlıq etməyi sevmir".
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin qarşılıqlı iştirakı olmadan qeyri-mümkündür. Burada iqtisadçılar yox, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də töhfələrini nümayiş etdirməlidirlər. Müasir dövrdə təbiətdən istifadənin iqtisadi və ekoloji problemlərinə dair müstəqil tədqiqat sahələri: ekoloji menecment, ekoloji audit, ekoloji marketinq kimi istiqamətlər fəaliyyətə başlayırlar. Ekoloji menecment təbiətin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində müasir ekoloji anlayışı nəzərə alan effektiv istehsalat-təsərrüfat və sosiokultur fəaliyyətinin uyğunluğunu təmin etmək iqtidarı olan müxtəlif səviyyədə idarəetmə sisteminə deyilir.
Ekoloji menecment aşağıdakılara istinad edir: konkret qərarın həyata keçirməsinin aktual və potensial ekoloji nəticələri haqqında tam informasiya əldə etmək ehtimalı; təbiətdən istifadənin səmərələşdirici iqtisadi mexanizmi; adektiv (uyğun) hüquq və ekoloji istiqamətlənmiş ictimai şüur. Bunlar ekoloji menecmentin əsas idarəedici mexanizmləri hesab olunur. Təbiətdən istifadə idarəsinin ən əsas vasitələrindən biri konkret və ətraflı tədqiqata əsaslanan, müəssisələrdə ekoloji-iqtisadi tələblərə riayət edilməsinin qiymətləndirilməsinə istinad edən ekoloji auditdir.
Ekologiya və iqtisadiyyatda ekoloji auditin məqsədlərini, vəzifələrini, məzmununu struktur sahələrinin mahiyyətini əsaslandırarkən, bir tərəfdən ona iqtisadiyyat kimi, digər tərəfdən isə ekoloji menecment elementi kimi baxmaq olar. Bunu da nəzərə almaq lazımdır ki, ekoloji audit həm də ekoloji sahədə milli təhlükəsizliyin təmin edilməsində təşkilati-idarəetmə, tənzimləmə mexanizmi və vətəndaşların ekoloji hüquqlarının zəmanəti kimi özünü biruzə verir. İqtisadiyyat və ekologiya anlayışında ekoloji audit - elə idarəetmə vasitəsidir ki, öz tərkibinə ardıcıl, sənədli təsdiqlənmiş, dövri və cari olaraq təbiətdən səmərəli istifadənin idarəetmə sisteminə və istehsalat prosesinin ekoloji tələblərə müvafiq olmasına qiymətvermə məsələlərini daxil edir.
Lakin onu da nəzərə almaq lazımdır ki, iqtisadi-ekoloji faktorları araşdırdıqda ekoloji audit hələlik geniş tətbiq edilmir. Audit fəaliyyətinin inkişafına maneçilik törədən amillərdən əsası qanunlarda boşluğun yaranmasıdır. Sifarişçilərin bir çoxu ixtisaslaşdırılmış ekoloji auditin aparılmasında maraqlı deyildir.
Ekologiyanın iqtisadi göstəricisi, yeni fəaliyyətə başlamış sahənin aparıcı funksiyası ekoloji marketinqdir. Ekoloji marketinqin məzmun və tərkibi ətraf mühitin mühafizəsində təbii sərvətlərdən istifadə edilməsi üzrə iqtisadi səmərəliyin toplanmış əyani-real məlumatlarla görülmüş və görülə biləcək tədbirlərin qiymətləndirilməsidir. Burada başlıca olaraq nəzərə almaq lazımdır ki, ekoloji marketinq, cəmiyyətin və təşkilatların məqsədlərinə uyğun dəyişən ətraf mühit amillərinin əhatəsində qarşılıqlı əlaqəni təmin etmək üçün ekoloji şərtləri müvafiq normativlərlə ödəyə bilən məhsulları, xidmətləri və ideyaları yaratmaq, inkişaf etdirmək, qiymətini müəyyənləşdirmək, ekoloji proqramını hazırlamaq və həyata keçirməkdir.
Ekoloji marketinq müxtəlif fəaliyyət sahələrindən ibarət olmaqla, onun kompleks fəaliyyətləri dəyişən mühit amillərinin əhatəsində yerinə yetirilməklə, qabaqcadan planlaşdırılmalı, tətbiq edilməli və yoxlanılmalıdır. Təbiəti mühafizə tədbirlərinin qiymətləndirilməsi hesabına çəkilən xərcləri azaltmaqla dəyişməz nəticələrə nail olmaq olar. Bu əyani rəqəmlərlə sənayenin bütün sahələrində rəsmi izah etməklə sübut edilə bilər. Burada eyni adlı istehsal sahələrinin iş rejiminə əsaslanan bölgələrdə ətraf mühitə zərərli təsir göstərə biləcəyi amillər ekoloji-iqtisadi dəyərlərə əsaslanmalı və məhsulları sertifikatlaşdırılmalıdır, ekoloji sertifikatlaşdırmanın sisteminin əsas vəzifələri nəzərə çatdırılmalıdır.
Bu iş ekoloji məhsulun seçilməsinə kömək etməlidir və istehsalçılar üçün təmiz - keyfiyyətli məhsula tələbatı təmin edir. Ekoloji marketinq işçisi məhsulların və gəlirlərin bölgüsü xarakterinə diqqət yetirməlidir. Siyasi və qanuni mühitdə baş verən hadisələr və dəyişikliklər də ekoloji marketinq qərarlarına təsir göstərən başlıca amillərdəndir. Ona görə də o, mühit amillərində baş verən dəyişiklikləri daim izləməli, bunların marketinq fəaliyyətinə təsir dərəcələrini öyrənməli və fəaliyyət proqramlarını bu dəyişikliklərə uyğunlaşdırmağı qarşıya məqsəd qoymalıdır. Belə olan mühitdə ekoloji-iqtisadi səmərəliliyi təmin etmək olar. Bu ekoloji marketinqin beynəlxalq hüquqi normalarına əsaslanan qəbul edilmiş arzu və təkliflərin göstərici kriterlərindən hesab olunur.
Beləliklə, ekologiya və iqtisadiyyat problemləri müasir şəraitdə ekoloji sahibkarlıq daxilində ekoloji menecment, təbiətdən istifadənin ekoloji-iqtisadi təhlili, proqnozlaşdırılması və planlaşdırılmasında ekoloji audit və nəhayət, marketinqin sosial bazasında isə ekoloji marketinqin şəraitə uyğun işlək mexanizmləri qarşılıqlı əlaqələndirilir, bütün sahələrdə hər üçünün hüquqi problemləri bir daha müəyyənləşdirilir.
Ekoloji-iqtisadi proqnozlaşdırmanın əsaslarından biri tarazlı inkişaf modelinə keçid konsepsiyasıdır. Hər bir ölkə özünəməxsus meyarlara malikdir.
Modelin keçid konsepsiyasında onun vəzifələri, koordinasiyaları, istiqamətləri və tarazlı inkişafa keçid şərtləri, habelə qərar qəbul edilməsi və həmin qərardan irəli gələn inkişafın dəqiq rəsmi göstəriciləri müəyyən edilməlidir. Konsepsiyanın bu rəsmi faktorları, yəni anları proqramların funksiyalarının formalaşdırılması üçün əsas ola bilər. Ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqələndirmələrinə istinad edilərək təbiəti mühafizə tədbirlərinin qiymətləndirilməsi, onun iqtisadi səmərəsinin nəticəsi zəruridir. İqtisadiyyatda həmişə resurs azlığından ən yaxşı variant seçmək üçün imkanlar müəyyən edilməlidir.
Ekoloji iqtisadiyyatın ən vacib prioriteti tədbirlərin ödənilməsi şərtlərini təbii sərvətlərdən səmərəli istifadə etməklə atmosferin qorunması olub, müxtəlif üsulların tətbiqi ilə həyata keçirilir. Bunun üçün toz və qaz təmizləyici aparatlardan istifadə olunmalıdır. Quru və yaş olmaqla tozdan təmizlənmə iki yerə ayrılır. Bu zəhərli qaz qarışıqları, adsorber qurğuları ilə təmizləmək müəyyən həddə qədər ola bilər. Tikinti materiallarının istehsalı texnologiyasında başlıca görülə biləcək işin birinci aspekti atmosferi çirkləndirən qazdan necə təmizləmək və alınmış məhsuldan təkrar hansı yeni bir məhsulu əldə etməkdir.
Yuxarıda göstərilən bütün tədqiqatlar bu orijinal real faktorlara istinad edir. Məsələn, ağır maşınqayırmanın xammal mənbəyi təbii resursların ən əsası sayılan qara metallurgiyanın filiz yataqlarıdır. Bu filiz yataqları qonur, şpatlı, maqnitli dəmir filizlərindən ibarətdir. Dəmir filizindən xüsusi domna sobalarında əridilərək çuqun alınır, burada ən böyük tullantı posa (şlak) hesab edilir. Çuqun qara metallurgiyada yenidən emal edilərək müxtəlif növlü poladın alınmasında və nəhayət, ağır maşınqayırmanın əsas, aparıcı, əvəz olunmaz mənbəyinə çevrilir. Ondan sement istehsal etmək üçün ən əsas materal kimi istifadə edilir. Bu göstərici tullantısız texnologiyanın, yəni ekoloji-iqtisadi dəyərin ən əsas kriteriyası kimi tətbiq olunur. Tullantı adlanan posa qiymətli xammal kimi təkrar istifadə olunur, ekoloji-iqtisadi məhsul kimi qiymətləndirilir.
Sement istehsalı texnologiyasında atmosferin zərərli və zəhərli qarışıqlarla çirklənməsi müasir dövrdə ən qarşısıalınmaz qlobal problemlərdən birinə çevrilməkdə davam edir. Abşeron yarımadasında 1949-cu ildən iki fırlanan soba inşa edilmiş və 1951-ci ildə məhsul verməyə başlamışdır. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan bu zavod keçmiş sovet ölkələri arasında tamponac sementin istehsal olunduğu ilk müəssisədir. Zavodun illik istehsal gücü bir milyon tona qədərdir. 1999-cu ildə Qaradağ Sement Zavodu səhmdar cəmiyyəti elan olunmuş və müəssisənin səhmlərinin əksər hissəsi İsveçrə şirkəti tərəfindən alınmışdır. Bu şirkət 70 ölkədə 126 sement zavoduna, 226 daş karxanasına və 600-dən artıq beton məmulatı zavodlarına maikdir. Hazırda zavodda 400-dən artıq işçi vardır, Bakı şəhərindən 45 dəqiqəlik məsafədə yerləşir. Rəsmi mənbələrə əsaslanaraq qeyd etmək lazımdır ki, Xəzər dənizinin yaxınlığında yerləşən Qaradağ sement zavodu layihə gücünə yaxın məhsuldarlıqla işləyəndə bir sutka ərzində atmosferə 100 tondan çox sement tozu və zərərli-zəhərli qazlar atır. Hesablamar göstərir ki, il ərzində Xəzər dənizinə və ətraf mühitə 30000 tondan artıq tullantı tökülə bilər.
Ekologiya və iqtisadiyyat şərtlərinə görə müxtəlif ölkələrdə yerləşən, yəni 70 ölkədə 126 sement zavoduna sahibkarlıq edən şirkətin ekoloji sferada sertifikatlaşdırma, keyfiyyətin idarə edilməsi, ətraf mühitin mühafizəsi sertifkatlaşdırılmışdır. O, Azərbaycanda qeyri-neft sektorunda ətraf mühitin mühafizəsi və idarə edilməsi sertifikatını almış ilk şirkətdir. Ekoloji sertifikatlaşdırma sistemi istehsalatda ekoloji təhlükəsizlik tələbləri təyin edir, bütün məhsulların növləri üzrə təyinat, mübadilə, mənimsəmə işlərinə xidmətlərin təhlükəsizliyinə nəzarət edir bu, həm də təbiətdən istifadə edilmə qaydalarının ayrılmaz hissəsidir.
Tədqiqat və müşahidələr müddətində müəyyən etmək mümkün olur ki, inşaat və istehsal proseslərində çirkləndiricilərlə yanaşı, əsaslı təhlükə yer səthinin zədələnməsində baş verir. Respublikada Abşeron, Qobustan və Ağdam rayonlarında sement xammalı ehtiyatı 400 mln. ton, Qaradağda əhəngdaşı ehtiyatı 80 mln kubmetr, sement xammalı ehtiyatı 12 mln. ton, Küzdəkdəki əhəng daşı ehtiyatı 75 mln. ton, Şıxdakı 50 mln. ton təşkil edir. 15 daş karxanasında doğrama daş ehtiyatı 210 mln.kubmetr, 44 qum-çınqıl yatağının ehtiyatı 400 mln. kubmetrə yaxındır. Gələcəkdə bu yataqların istismarı zamanı torpaq sahələrinin hansı miqyasda ekoloji-iqtisadi zədələnmələrə məruz qalacağı təsəvvür dairəsindədir.
Qaradağ sement zavodunda tam məhsuldarlığı ilə işləyən 4 öz tərpənməz oxu ətrafında fırlanan sobanın hər biri ayrı-ayrılıqda müxtəlif markalı sement istehsal edir. Konstruktiv mühəndis iş rejiminə görə sobanın üfiqi maillik bucağı 3- 4 dərəcə olmaqla 1-1,5 dövr dəqiqədə fırlanır. Hazır normallaşdırılmış vəziyyətə gətirilmiş xammal alovun əksi istiqamətində öz mərkəzi oxu ətrafında fırlanmaqla hərəkət edərək, pilləli əridərək qarışığı yüksək duru axıcılıq xassəsinə çevirməlidir. 1600 dərəcədə minerallaşma 5-10 dəqiqəyə, 1700-1800 dərəcədə bir neçə saniyəyə, 1900-2000 dərəcədə ani olaraq xammal yüksək duru, eyni cinsli maddəyə çevrilir. Yüksək keyfiyyətli məhsul qronolometrik analizdən keçirildikdə zərrəciklərin diametrinə görə onun keyfiyyətinin nə dərəcədə olması müəyyən edilir. Bu, elektron-kompyuter sistemində yaddaşa köçürülməklə rəsmi qeydiyyata alınmalıdır.
Aparılan tədqiqatlar hesabına məlum olmuşdur ki, istifadə olunan sement materialları eyni cinsli olmayıb, keyfiyyətinin ən aşağı normativlərə belə uyğun gəlmir. Lobaratoriyada bu yüksək istiliyi almaq mümkün olmur, fırlanan bişirmə sobasında isə qeyri-mümkündür. Müəssisənin standartlarında verilmiş sertifikat cədvəlindən görünür ki, sement borularından atmosferə buraxılan toz-qaz qarışığının faiz miqdarında tərkibin göstəriciləri belədir: karbon qazı 26,62, silisium oksidi 13,5, aliminium iki oksidi 3,64, dəmir iki oksidi 3,35, kalsium oksidi 44,16, maqnezium oksidi 1,25, sulfid 4,29, natrium iki oksid 2,63 faiz.
Atmosferə atılan bu birləşmələr sənayenin müxtəlif sahələrində ən qiymətli xammal kimi istifadə edilə bilər. Bu ekologiya və iqtisadiyyat göstəricilərinin ən aktual problemlərindən hesab edilir. Ekoloji-iqtisadi səmərəliyin həyata keçirilməsində təkrar emal üsullarına keçməklə bu qiymətli tullantıdan xammal kimi istifadə edilməsi istehsalın iqtisadi dəyərinin, maya dəyərinin, əlavə iş yerlərinin mənbəyi ola bilər.
Ekologiya və iqtisadiyyatın qarşılıqlı tarazlığının bərpa olunmasında gün ərzində atmosferə buraxılan minlərlə kub metr karbon qazı səhiyyədə, quru buz istehsalında, tez xarab olan ərzaq məhsullarını uzunmüddətli saxlamaqda işlədilə bilər. Quru buz istehsal etmək üçün əvvəlcə təbii xammal olan mavi yanacaq yandırılaraq karbon qazı alınır. Karbon qazı isə sement istehsalında atmosferə külli miqdarda atılaraq qlobal istiləşmənin mənbələrindən birinə çevrilir. Ekologiyanın iqtisadiyyatında təbii resurslardan səmərəli istifadə edilməsində tullantıya çevrilən karbon qazından ümumi daxili imkanlar hesabına səmərəli istifadə etmək və quru buz istehsal etmək olar.
Quru buz soyuqluğun alınmasında bioloji müxtəlifliyinə görə səmərəlidir. Quru buzun alınması karbon qazının kompressor aqreqat qurğularında sıxılaraq yüksək təzyiq altında kondensasiya, yəni temperaturun aşağı salınması - təzyiqin sabit saxlanılması nəticəsində istehsal edilir. Karbon qazı göstərilən aqreqat mühitində qaz halından ağ kristal maddəyə çevrilir. Bu maddə quru buz adlanır, iqtisadi-ekoloji keyfiyyət, məhsuldarlıq təsirinə görə, bioloji xüsusiyyətləri xarakterizə edilməklə təsir mexanizmlərinə görə kəskin fərqlənir. Kristal halından qaz halına keçdikdə ətraf mühitin istiliyini udaraq mənfi səksən dərəcəyə qədər soyuqluq əmələ gətirir.
Sublimasiya olunan bu maddənin bu şəraitdə çəkisi mühitin havasından 1,5 dəfə ağır olur. Bu mühitdə bütün zərərli mikroorqanizmlər, gəmiricilər boğularaq məhv olur, mühit tamamilə qupquru qalır. Xəstəlik törədən bioloji göbələklərin, bakteriyaların, mikroorqanizmlərin fəaliyyəti tamamilə dayanır. Öz effektliyinə görə su buzunun alınmasından təsir və davamlılıq parametrlərilə əsaslı seçilir. Karbon qazı ekoloji-iqtisadi şərtlərin ödənilməsində ən qiymətli funksional təsir dairələri olduqca geniş əhatəli olub, qida məhsullarının daşınmasında, saxlanılmasında bioloji-iqtisadi müxtəlifliyə malikdir. Əgər bu göstəricinin mineral sərinləşdirici suların uzun müddətli saxlanılmasında istifadə olunmasını araşdırsaq, ekoloji-iqtisadiyyatın inkişaf etdirilməsinin nə kimi dəyərlərə malik olması bəlli olar. İstehsal olunan mineral içməli suyun uzun müddət öz təbii ekoloji saflığını saxlamasında yalnız karbon qazının bu suya qarışdırılması nəzərə alınmalıdır.

{nl}

(ardı var)

{nl}

{nl}

 Qabil HƏSƏNOV, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında