Bakıda "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda "dəyirmi masa" öz işinə başlamışdır

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa" Bakıda öz işinə başlamış beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində keçirilmişdir.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev tədbirin mövzusunun həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbirdə Avstriya, Pakistan, Rumıniya, Hollandiya, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan mütəxəssislər mövzu ətrafında məruzələrlə çıxış etmişlər.
Məruzələrdə Cənubi Qafqaz və Azərbaycan ilə əlaqəli olan beynəlxalq inkişaf məsələləri, regional münaqişələrin geosiyasəti və onların regional münasibətlərə təsiri, enerji və təhlükəsizlik, beynəlxalq münasibətlər sisteminin müasir təkamülü ilə bağlı Mərkəzi və Şərqi Avropada maraqlar və başqa vacib məsələlərdən danışılmışdır.
Regionla bağlı beynəlxalq inkişaf məsələləri barədə təqdimatla çıxış edən Pakistanın Preston Universitetinin rektoru, İslamabadın Qədi-l-Azam Universitetinin professoru Abdul Basit "dəyirmi masa"da müzakirə olunan mövzunun əhəmiyyətini vurğulamış, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqinin vacibliyini qeyd etmişlər.
"Cənubi Qafqaz: Münaqişələrin geosiyasəti və onların regional əməkdaşlığa təsiri" mövzusunda məruzə edən Avstriyanın İnsbruq Universiteti siyasi fəlsəfə bölməsinin müdiri və eyni zamanda, Beynəlxalq Fəlsəfə Akademiyasının vitse-prezidenti, professor Hans Köhler Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında geosiyasi amillər, habelə aparıcı geosiyasi qüvvələrin münaqişə ilə bağlı tutduqları mövqe, onların təsir imkanları və maraqları barədə fikirlərini bölüşmüşdür.
Digər məruzəçilər, o cümlədən Hollandiyanın Beynəlxalq Münasibətlər üzrə "Klingendal" Universitetinin təhlükəsizlik siyasəti məsələləri üzrə böyük elmi işçisi, polkovnik-leytenant Marsel De Haas, Buxarest Siyasi və İnzibati Araşdırmalar üzrə Milli Məktəbin professoru, həmçinin Münaqişənin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu, Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov, Orta Şərq və Fars Körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf bölməsinin direktoru Teodor Karasik, Türkiyənin Orta Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekan müavini və professoru Oktay Tanrısevər, Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Diplomatik Akademiyanın qlobal və regional sistemlər fakültəsinin dekanı, professor Sergiy Şergin, Gürcüstan Dövlət İdarəçilik İnstitutunun yerli özünüidarəetmə mərkəzinin rəhbəri Elizabed Sopromadze və idarəçilik fakültəsinin dekanı Marina İoseliani "dəyirmi masa"nın mövzusu çərçivəsində müxtəlif məsələlərlə bağlı təqdimatlar etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında