Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir

Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Tədbirdə dünyanın 27 ölkəsindən 60-dan artıq tanınmış ekspertlərin, beynəlxalq münasibətlər üzrə nəzəriyyəçilərin iştirakı Azərbaycanda beynəlxalq münasibətlərlə bağlı inkişafın bu sahədəki tədqiqatlara olan marağın bariz nümunəsidir.
Bu sözləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov AzərTAc-a müsahibəsində demişdir.
E.Aslanov bildirmişdir ki, əsas məqsəd Azərbaycanın inkişaf etdiyi bir dövrdə regionun geosiyasətini və geoiqtisadiyyatını, regional və qlobal məsələləri geniş müstəvidə müzakirə və tədqiq etməkdir.
Şöbə müdiri qeyd etmişdir ki, bu tədbirin hər il Azərbaycanda keçirilməsi və Bakı simpoziumu adlandırılması ilə bağlı ekspertlər arasında danışıqlar aparılır. Bundan başqa, simpoziumun Azərbaycanda qərargahının açılması və Londonda ildə dörd dəfə jurnalının nəşr olunması da nəzərdə tutulur. Simpozium zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Cənubi Qafqazda apardığı praqmatik və rasional siyasət, ölkəmizin iqtisadi inkişafı haqqında qonaqlara kifayət qədər məlumat vermək imkanımız olacaqdır. Bu gün tədbirdə iştirak edən qonaqlar bir daha görəcəklər ki, Azərbaycanın apardığı praqmatik siyasət bütövlükdə regionun inkişafına xidmət edir, ölkəmizin həm nəqliyyat dəhlizi, həm də geoiqtisadi dəhliz kimi önəmli rolunu şərtləndirir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında