Əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha səmərəli tədbirlər həyata keçiriləcək

2010-cu ilin doqquz ayının sosial - iqtisadi inkişafının yekunları da bunu təsdiqləyir
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin getdikcə yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Buna ölkəmizin iqtisadi qüdrətinin artması, bütün sahələr üzrə sürətli inkişafı da zəmin yaradır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında diqqətə çatdırılan faktlar da bunu təsdiqləyir.
2009-cu ilin dünyada böhranlı il kimi tarixə düşməsi hamıya bəllidir. Məhz bu ildə iri şirkətlər, banklar, bir sıra dövlətlərin iqtisadiyyatı böhranın ağır zərbələrindən xilas ola bilməmiş, işsizlik yaranmış, bir sıra idarə və müəssisələr öz fəaliyyətini dayandırmış, qıtlıq və bahalığın qarşısını almaq mümkün olmamışdır. Azərbaycanda isə həyat öz dinamik inkişafından qalmamış, nəzərdə tutulan proqramlar həyata keçirilmiş, yeni iş yerləri yaradılmışdır. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulmuş iqtisadi strategiyanın hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsidir. Diqqət yetirin, 2009-cu ildə maliyyə və iqtisadi böhran dünyanın iri şirkətlərini iflasa uğratdığı bir vaxtda Azərbaycanın iqtisadiyyatında 9 faiz artım qeydə alınmışdır. Bu ilin 9 ayı ərzində isə iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Ulu öndərimiz dəfələrlə qeyd edib ki, iqtisadiyyatı möhkəm olan dövlət hər şeyə qadirdir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atmaq mümkündür. Biz bunu möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsində də gördük.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi ilə ölkədə əhalinin qarşılaşdığı əsas problemlərin aradan qaldırılması istiqamətində zəruri addım atıldı. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində beynəlxalq standartlara cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. İşsizlik problemi tədricən aradan qaldrıldı. Regionlarda aparılan işlər ümumi daxili məhsul istehsalının həcminə də öz təsirini göstərdi. Getdikcə daha geniş vüsət alan abadlıq-quruculuq işləri insanların dövlət başçısına, onun həyata keçirdiyi daxili və xarici siyasətə inamını daha da artırdı. Regionlarda yaradılan yeni müəssisələr fəaliyyətə başladıqca əhalinin də həyat səviyyəsi yaxşılaşdı. Bir vaxtlar iş axtarmaq üçün MDB-nin müxtəlif ölkələrinə yollanmış azərbaycanlılar axın-axın doğma Vətənə qayıtdılar. Çünki Azərbaycanda hər cür şəraiti olan, yüksək əmək haqqı verən yeni-yeni iş yerləri yaradılırdı. Dövlətimizin başçısı tez-tez regionlara səfər edir, görülən işlərlə şəxsən tanış olur, öz dəyərli tövsiyələrini verirdi. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində də regionlarda aparılan işləri yüksək qiymətləndirərək dedi: "Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır.Təsadüfi deyildir ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir".
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanda hər bir şəxsi narahat edən işsizlik probleminin aradan qaldırılmasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük rolu olmuşdur. Diqqət yetirin, 2003-cü ildən bu vaxta qədər Azərbaycanda 900 minə yaxın iş yeri yaradılıb. Bu, o deməkdir kit, işsizlik problemini aradan qaldırmaq dövlət başçısının qarşıya qoyduğu prioritet məsələlərdən olub. Bu sahədə həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər öz bəhrəsini verdi. Bu iş hələ də davam etdirilir. Azərbaycan Prezidenti əminliklə bildirmişdir ki, Azərbaycanda işsizliyin aradan qaldırılması ilə bağlı daha böyük addımlar atılacaq. Onu da diqqətə çatdıraq ki, bu ilin 9 ayı ərzində ölkədə 56 min yeni iş yeri yaradılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhran Azərbaycanın dinamik inkişafını sarsıda bilməmiş, nəzərdə tutulan layihələrin həyata keçirilməsinə ciddi təsir göstərə bilməmişdir. Söz yox ki, dünyanı lərzəyə salan maliyyə və iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Ancaq düşünülmüş şəkildə həyata keçirilən iqtisadi strategiya böhranın acı fəsadlarının qarşısını almış, Azərbaycan dinamik inkişafını davam etdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar, iri layihələrin reallaşdırılması ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və insanların həyat səviyyəsini, yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Son vaxtlar dövlət başçımızın imzaladığı sərəncamlarla minimum əməkhaqqı və pensiyanın səviyyəsinin 75 manatdan 85 manata qaldırılması, tələbələrin təqaüdlərinin, dövlət büdcəsindən maliyyələşdirilən idarə və müəssisələrdə çalışanların əmək haqlarının artırılması ölkə iqtisadiyatının qüdrətlənməsinin nəticəsidir. Dövlətimizin başçısı çıxışında bir daha vurğulamışdır ki, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır. Bir faktı da qeyd etmək yerinə düşərdi. Pensiya və əməkhaqlarının indiki minimum səviyyəsi MDB məkanı ilə müqayisədə Azərbaycanda ən yüksək səviyyədədir. Bununla yanaşı sosial infrastrukturun yaradılmasına da böyük həcmdə investisiyalar qoyulub.
Hazırda Azərbaycanın valyuta ehtiyatları əvvəlki illərlə müqayisədə sürətlə artır. Ölkəmizin valyuta ehtiyatının 28 milyard dollardan çox olması əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, digər sahələrin də yüksəlişinə zəmin yaradacaq. Valyuta ehtiyatının getdikcə çoxalması Azərbaycanı gələcəkdə zəngin dövlətə çevirəcək, qarşıda duran iqtisadi və sosial problemlər sürətlə həllini tapacaq. Bununla yanaşı, dövlət büdcəsinin artmasına da öz təsirini göstərəcək. Ümumiyyətlə, 2003-cü ildən başlayaraq Azərbaycanın dövlət büdcəsi hər il artır. Artıq Milli Məclis növbəti ilin dövlət büdcəsini təsdiqləyib. Gələn ilin dövlət büdcəsi ötən illərdə əldə olunan uğurlar əsasında formalaşıb. 2011-ci ildə Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edcəkdir. Bu da 15 milyard dollar deməkdir. Əgər dövlət büdcəsini adambaşına hesablasaq, o zaman aydın olar ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələr sırasındadır. Həmişə olduğu kimi, növbəti ildə də dövlət büdcəsi investisiyayönümlüdür. Sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılıb. Bu, dövlətin qarşıya qoyduğu əsas və zəruri məsələlərdəndir.

{nl}

Əyyub ƏYYUBOV, iqtisad elmləri doktoru, professor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında