Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün bərpasını daim diqqət mərkəzində saxlayır

Son zamanlar həm beynəlxalq aləmdə, həm də ölkə daxilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, üstəlik tezliklə həllinə inam və ümüd gündən-günə artır. Bunu dövlətimizin yeritdiyi siyasət, dövlət başçımızın həyata keçirdiyi tədbirlər reallaşdırır.
Elə bir yerli və beynəlxalq əhəmiyyətli tədbir olmur ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayan bəyanat səsləndirməsin. Həmin bəyanatlar isə adi sənəd deyil, arxasında konkret işlər dayanan rəsmi qətiyyətdir. Dövlət başçımız belə qətiyyətlərdən birini də oktyabrın 20-də dilə gətirdi.
Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ölkədə son üç rübdə həyata keçirilmiş tədbirlərin nəticələri səsləndirildi. Söylənilən rəqəmlər, sadalanan faktlar bir daha göstərdi ki, Azərbaycan dövləti 2003-cü ilin payızından etibarən davam edən sosial-iqtisadi inkişafın ən yüksək mərhələsinə çatmışdır. Həm Prezidentin giriş və yekun nitqində, həm də hökumət üzvlərinin çıxışlarında dönə-dönə qeyd edildi ki, bu tendensiya qarşıdakı illərdə daha geniş miqyasda davam edəcəkdir. Bu, bir vətəndaş kimi məni və birliyimizin üzvü olan minlərlə gənci ruhlandırır və sabaha inamımızı artırır. Çünki bu günki qüdrətli Azərbaycan sabahkı nəslin firavanlığı deməkdir.
Ancaq məni oktyabrın 20-də cənab dövlət başçımız İlham Əliyevdən eşitdiyim başqa fikirlər daha çox məmnun etdi. Həmin fikirlər ölkəmizin ərazi bütövlüyünün bərpasının təmin edilməsi üçün göstərilən qətiyyəti və iradəni özündə əks etdirirdi. Mənim və həmfikirlərimin rəyincə, bu gün Azərbaycan nə qədər iti sürətlə inkişaf etsə də, ölkənin ərazi bütövlüyü bərpa edilməyincə heç birimiz rahat nəfəs ala bilməyəcəyik. Elə dövlət başçımız da xalqın bu mövqeyini çox yaxşı başa düşür və öz fəaliyyətinin böyük hissəsini məhz respublikamızın ərazi bütövlüyünün həll edilməsinə sərf edir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin qeyd edilən iclasındakı giriş nitqində həmin qətiyyəti bu şəkildə ifadə etdi: "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın". Biz şadıq ki, Prezident İlham Əliyev dövlətin bu siyasətini reallaşdırmaq üçün son beş-altı ildə çox kəsərli addımlar atıb. Bu gün artıq ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. İldən-ilə artırılan hərbi büdcə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edə biləcəyimiz isə şəksizdir. Çünki Prezident İlham Əliyev təkcə ölkənin hərbi potensialını artırmır, həm də beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərlə aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün uğurlu diplomatik variantlar reallaşdırır.

{nl}

Müqamət ƏLİYEV, Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında