Azərbaycan beynəlxalq miqyasda getdikcə daha çox uğurlar qazanır

Hamımıza məlumdur ki, bu gün Cənubi Qafqaz regionu bütün dünyanın diqqətinin cəlb olunduğu bir məkandır. Bu regionun lider dövləti olan Azərbaycan beynəlxalq miqyasda getdikcə daha çox uğurlar qazanır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu ölkənin nüfuzunun sürətlə artmasına gətirib çıxarmışdır.
Bu sözləri Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunda iştirak edən AŞPA-nın sabiq sədri Piter Şider müsahibəsində söyləmişdir.
Simpoziumla bağlı P.Şider demişdir ki, bu tədbirin keçirilməsi olduqca zəruridir. Dünyanın müxtəlif ölkələrindən alimlərin, ekspertlərin bir araya gələrək müxtəlif mövzularda fikir mübadiləsinin aparılmasına çoxdan ehtiyac var idi. Bu baxımdan dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda bu möhtəşəm tədbirin keçirilməsi bizi çox məmnun etdi. Simpozium yeni ideyaların meydana gəlməsi baxımından da olduqca əhəmiyyətlidir.
Qonaq simpoziumun "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda keçirilməsinin çox maraqlı olduğunu diqqətə çatdırmışdır. Bu gün bu tədbirdə iştirak edən beynəlxalq münasibətlər üzrə alimlər və ekspertlər Cənubi Qafqazda cərəyan edən proseslər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında daha geniş məlumat əldə edəcəklər.
P.Şider simpoziumun keçirilməsinin gözəl bir ənənənin başlanğıcı olduğunu demiş və əmin olduğunu bildirmişdir ki, bu ənənə gələcəkdə də davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında