Beynəlxalq münasibətlər üzrə alimlər Cənubi Qafqazda yaranan iqtisadi meyillər, regionda informasiya texnologiyaları və enerji məsələlərini müzakirə etmişlər

Oktyabrın 22-də Xəzər Universitetində Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "Cənubi Qafqazda yaranan iqtisadi meyillər: regionda informasiya texnologiyaları və enerji" mövzusunda bölmə iclası keçirilmişdir.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı tədbiri açaraq bildirmişdir ki, simpoziumun əsas məqsədlərindən biri də regional əməkdaşlığı artırmaq, Azərbaycanda regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlərə maraq göstərən alimlərin şəbəkəsini daha da genişləndirməkdir.
H.İsaxanlı müzakirələrin beş istiqamətdə aparılacağını, xüsusilə Cənubi Qafqazda qlobal problemlər, təhlükəsizlik, enerji siyasəti, din və xarici siyasətə önəm veriləcəyini söyləmişdir.
Bölmə iclasında İrandan olan ekspert Abbas Maleki Cənubi Qafqazda gedən proseslərə toxunmuş, Dağlıq Qarabağ probleminin həlli məsələsində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin regionun təhlükəsizliyinə və inkişafına ciddi zərbə vurduğunu bildirmişdir.
ABŞ-dan olan tədqiqatçı alim Deyl Mörfi son illər dünya iqtisadiyyatında baş vermiş böhranın hətta ən inkişaf etmiş ölkələrə belə böyük ziyan vurduğunu demişdir. Onun sözlərinə görə, bir sıra ölkələrdə yeni fəaliyyətə başlamış xarici şirkətlərin təqribən 70 faizi iqtisadi böhran qarşısında tab gətirməyərək bağlanmaq məcburiyyətində qalmışdır. Bu mənfi meyillər əmək qabiliyyətli insanların işlə təmin olunması məsələsini xeyli çətinləşdirmişdir.
İclasda çıxış edən digər ekspertlər də mövzu ilə bağlı fikirlərini bölüşmüş, problemlərin həlli yollarından danışmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında