Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Parlament Məclisinin sədri Ural Muxamedjanovla görüşmüşdür.
Ural Muxamedjanov Zakir Həşimovu Qazaxıstanda səfir təyin olunması münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır. O, ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərindən danışmışdır. U.Muxamedjanov parlamentin strukturu, onun işi, Məclisdə təmsil olunması haqqında məlumat vermiş, ATƏT-də sədrliklə bağlı parlament sistemində islahatlar haqqında danışmışdır.
Məclisin sədri ölkələrimiz arasında həyata keçirilən birgə layihələr, Bakıda taxıl terminalı və dəyirman kompleksinin qurulması, neft sahəsində əməkdaşlıq barədə söhbət açmış, ölkələrimiz arasında mədəni sahədə də əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulamışdır.
Zakir Həşimov ölkələrimiz arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri əsasında qurulduğunu qeyd etmiş, bu münasibətlərin yaradılmasında ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xüsusi xidmətləri olduğunu bildirmişdir. Bu münasibətlərin hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın dövlət başçısı ilə dost münasibətlərinin əsasında davam etdiyini bildirmişdir. Səfir, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdırmışdır.
Səfir noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı məlumat vermiş, ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi zəruriliyindən danışmışdır. Z.Həşimov parlamentlərarası dostluq qrupu üzvlərinin görüşlərinin keçiriləcəyi barədə də məlumat vermişdir. Səfir Qazaxıstanın ATƏT-ə sədrliyinin çox mühüm məsələ olduğunu qeyd etmiş, dekabrın əvvəllərində qurumun Astanada keçiriləcək zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müzakirələrin aparılacağına da ümid etdiyini bildirmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında