İstanbulda Dünya Türk Forumu keçirilib

Dünən İstanbulda "Grand Cevahir Hotel"də Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, forumda 60- dan çox ölkənin nümayəndəsi iştirak edib.
Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarının rəhbərləri də iştrak ediblər.
Onların arasında Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, Birləşmiş Ərəb Əmirliyindəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov, Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin Özbəkistandakı nümayəndəsi və Orta Asiya üzrə əlaqələndiricisi Akif Ağatalıbov, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və digər diaspor təşkilatları rəhbərləri olub.
Forumu TASAM - ın direktoru Engin Səlcuk açıb. O forumun keçirilməsi zərurəti, müzakirə olunacaq məsələlər barədə məlumat verib. E. Səlcuk, həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın foruma göndərdiyi təbrik məktubunu iştirakçılara çatdırıb.
Sonra çıxış edən TASAM - ın sədri Süleyman Şensoy rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib.
Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı isə çıxışında türk dövlətləri başçılarının zirvə görüşlərinin tarixi, həmin görüşlərin türk xalqlarının əməkdaşlığına verdiyi töhfələr, 2009-cu ildə bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yaradılan Türk Şurası haqqında danışıb. Onun sözlərinə görə, Şuranın Baş Katibliyinin İstanbulda yerləşməsi bu şəhərin türk dünyasının ən önəmli şəhəri olduğu anlamına gəlir. Dünya Türk Forumunun da məhz İstanbulda keçirilməsi bu baxımdan rəmzi bir məna daşıyır.
Türk Parlamentləri Assambleyasının baş katibi Ramil Həsənov isə çıxışında bildirib ki, türk xalqları əməkdaşlığının parlamentlər diplomatiyası formatında da inkişaf etdirmək zərurətindən doğan bu qurum 2008-ci ildə yaradılıb. Türk PA dünyanın bir çox parlament birlikləri ilə əməkdaşlıq edir.
O, həmçinin bildirib ki, gələn ilin mart ayında Qazaxıstanda Türk PA-nın növbəti toplantısı keçiriləcək və müxtəlif sahələr üzrə alt komitələr yaradılacaq ki, bu da qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə, daha səmərəli işlər görməyə imkan verəcək. Forum davam edir.

{nl}

Elçin ABBASOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında