"Media və seçki prosesi"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyi ilə parlament seçkiləri ərəfəsində işıq üzü görmüş "Media və seçki prosesi" kitabı kütləvi informasiya vasitələrinin təmsilçilərinə təqdim olunmuşdur.
Mərasimdə kitabın tərtibçi-müəlliflərindən olan politoloq Məhərrəm Zülfüqarlı yeni nəşrin jurnalistlər üçün gərəkliyini vurğulayaraq bildirdi ki, KİV-lərin seçki prosesini doğru-düzgün, qərəzsiz və tərəfsiz əks etdirməsi, mövcud hüquqi normaları pozmaması üçün zəruri olan məqamlar və tələblər müxtəlif mövzular üzrə şərh olunmuş, bir sıra vacib məsələlərə aydınlıq gətirilmişdir. Seçki prosesinin yüksək professionallıqla, jurnalist etikası kodeksinə əməl etməklə işıqlandırılması baxımından qabaqcıl dünya təcrübəsindən örnəklər də kitabda yer almışdır.
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli metodik nəşr barədə ətraflı məlumat verərək bildirdi ki, kitabda Azərbaycanın seçki qanunvericiliyinin media təmsilçiləri üçün maraqlı olan norma və anlayışları yığcam şəkildə açıqlandıqdan sonra, media və seçki prosesinə aid mövzular geniş əksini tapıb. Bu baxımdan "Seçkilər və KİV", "Jurnalistlərin MSK iclaslarında iştirakı", "Seçkilərlə bağlı ictimai rəy sorğusunun KİV-də dərc olunması", "KİV nümayəndələrinin seçki sənədləri ilə tanış olmaq hüququ", "Seçkiqabağı təşviqat zamanı KİV-in əsas vəzifələri", "KİV-də ödənişsiz və ödənişli təşviqat qaydaları", "Mətbuat qrupunun yaradılmasının məqsəd və vəzifələri" kimi mövzulara müəlliflər kifayət qədər aydınlıq gətirmişlər.
Təqdimat mərasimində AVCİYA-nın parlament seçkilərinə hazırlıq və onun keçirilməsi ilə bağlı 3 mərhələdə həyata keçirdiyi tədbirlər barədə də məlumat verildi. Bildirildi ki, bu vaxtadək indiki seçkilərlə əlaqədar ölkəmizdə beynəlxalq konfrans, bölgələrdə seminarlar keçirilmişdir. Qurumun xətti ilə 5140 səsvermə məntəqəsinin 4400-də seçki günü müşahidələr aparılacaq. Müşahidəçilərə kömək məqsədilə müvafiq yaddaş kitabı hazırlanmışdır. Seçki günü AVCİYA-nın operativ məlumatları yayılacaq, səhərisi gün mətbuat konfransı keçirilib səsverməyə və onun nəticələrinə münasibət bildiriləcək. Seçkidən 20 gün sonra isə yekun hesabat açıqlanacaq.
Tədbirdə çıxış edən media təmsilçiləri onlar üçün hazırlanmış metodik vəsaitə, ümumuyyətlə, jurnalistlərin peşəkar fəaliyyəti üçün göstərdiyi dəstəyə görə AVCİYA-a və SAMF-a təşəkkürlərini bildirdilər, əlbir işin zəruriliyini vurğuladılar.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında