"The Times" qəzetində Azərbaycan barədə hesabat dərc edilmişdir

Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin 21 oktyabr tarixli sayında Azərbaycan haqqında xüsusi hesabat dərc edilmişdir.
Ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyindən bildirmişlər ki, Upper Reach media agentliyinin qəzetin sifarişi əsasında hazırladığı hesabat Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsinin inkişafına həsr edilmiş ayrı-ayrı materiallardan ibarətdir.
Materiallarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi, xarici sərmayədarlar üçün yaradılmış münbit şərait sayəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin, o cümlədən 100-dən artıq Britaniya şirkətinin fəaliyyət göstərdiyi vurğulanır. Azərbaycanın regionda xarici sərmayədarlar üçün əsas ölkəyə çevrildiyi, son onillikdə iqtisadiyyatın müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində xarici sərmayə yatırılmasının ölkədə yaradılmış əlverişli işgüzar mühitin bariz göstəricisi olduğu bildirilir.
Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünyada ilk yerlərdən birini tutduğu, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər nəticəsində 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Hesabatında 18 pillə irəlilədiyi qeyd edilir.
Hesabatda, həmçinin ölkə iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına baxmayaraq, əsas prioritetin qeyri-neft sektorunun inkişafı elan edildiyi, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə-bank sektorlarının geniş potensiala malik olduğu diqqətə çatdırılır. İqtisadiyyatın şaxələndirilməsinin davam etdirilməsinə yardım məqsədi ilə təsis edilmiş Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu kimi qurumların fəaliyyətinə toxunulur.
Hesabatda Azərbaycanın geniş turizm potensialına malik olmasından, son zamanlar artan turist axınından və turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində "Bakı prosesi"ndən bəhs olunur, müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanın bu dialoq prosesində özünəməxsus rol oynadığı bildirilir.
"The Times" ölkə iqtisadiyyatının tikinti, telekommunikasiya, hotelçilik kimi sahələrində fəaliyyət göstərən tanınmış yerli şirkətlər haqqında da söz açır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında