Rumıniyada Azərbaycandan bəhs edən kitabların təqdimat mərasimi

Oktyabrın 20-də Buxarestdəki Zabitlər Sarayının Mədəniyyət Mərkəzində "Polemos" kitab sərgisi açılmışdır.
Ölkəmizin Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgi çərçivəsində Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın Rumıniyanın "Top Form" nəşriyyatında çapdan çıxmış "Azərbaycan - canlı alov", Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktoru İqbal Hacıyevin "Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əlaqələri" və respublikamızın Rumıniyadakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Kərimlinin "Azərbaycan Respublikası və Rumıniya arasındakı münasibətlər (1993-2004)" kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən "Top Form" nəşriyyatının direktoru, nüfuzlu "Geopolitika" toplusunun redaktoru Vasile Similyanu təqdimatı keçirilən kitabların əhəmiyyətindən danışmış, rəhbərlik etdiyi qurumlarla Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə etmişdir. O, həmçinin "Geopolitika" toplusunun növbəti nömrələrindən birinin bütövlükdə Azərbaycan mövzusuna həsr olunması layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Rumıniyanın Azərbaycandakı ilk səfiri, Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, professor Tasin Cəmil azərbaycanlı kitab müəlliflərinin elmi rəhbəri olduğunu vurğulayaraq, təqdim edilən nəşrlərin rumın dilində Azərbaycan və Orta Asiya haqqında yazılmış fundamental əsərlər olduğunu diqqətə çatdırmış, ölkənin rəsmi və elmi dairələrini bu sahədə tədqiqatların sayını artırmağa çağırmışdır.
Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Vasile Soare Azərbaycan haqqında rumın dilində çap olunan kitabların əhəmiyyətindən danışmış və onların öz sahəsi üzrə yeni cığır açdığını bildirmişdir.
Kitabların müəllifləri Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyat və iqtisadiyyatı, habelə Rumıniya-Azərbaycan əlaqələrinin ötən il imzalanmış strateji tərəfdaşlığa dair müqaviləyə qədər keçdiyi yol haqqında ətraflı məlumat vermişlər.
Sərgi oktyabrın 23-də yekunlaşacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında