Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-də saat 11.00-dan 11.30-dək və 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 15.50-dən 16.10-dək, 16.20-dən 16.30-dək və 21.15-dən 21.20-dək Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında, saat 16.50-dən 17.30-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə, saat 23.15-dən 23.40-dək və oktyabrın 21-də saat 00.30-dan 1.10-dək, 5.05-dən 5.15-dək Tərtər rayonunun Çaylı və Qızıl Oba kəndləri yaxınlığında, saat 00.55-dən 2.10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında