AŞPA-nın müşahidə missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti yüksək qiymətləndirir

AŞPA-nın müxtəlif partiyaları təmsil edən 5 nəfər üzvündən ibarət nümayəndə heyəti noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdən əvvəl seçki kampaniyasının dinc şəraitdə keçməsini müsbət qiymətləndirir.
Biz əvvəllər də Azərbaycanda keçirilən seçkiləri müşahidə etmişik, budəfəki vəziyyət çox fərqlidir. Mərkəzi Seçki Komissiyasının işində müşahidə olunan irəliləyişlər, seçiciləri maarifləndirmə proqramları, seçici siyahılarının dəqiqliyinə daha çox diqqətin yetirilməsi də təqdirəlayiqdir.
Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizdə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vill Azərbaycana səfərlərinin yekunları ilə bağlı oktyabrın 21-də keçirdiyi mətbuat konfransında demişdir.
P.Vill bildirmişdir ki, digər bir müsbət hal ondan ibarətdir ki, əvvəl keçirilmiş bəzi seçkilərdən fərqli olaraq müxalifət seçki kampaniyasında fəal surətdə iştirak edir. Ayrı-ayrı namizədlərin fərdi seçki gündəliyinin olmasına baxmayaraq, müxalifət seçki blokları yaradır. Seçki bloklarının yaradılması isə, bir qayda olaraq demokratiya prosesinin ayrılmaz hissəsidir. Bundan əlavə, missiyanın üzvləri qeyri-hökumət təşkilatlarının seçki prosesində iştirakı üçün yaradılmış yeni imkanları da alqışlayır.
AŞPA-nın müşahidə missiyasının rəhbəri bir sıra problemlərin də olduğunu qeyd etmiş və demişdir ki, seçki prosesi daim təkmilləşən, yeniləşən prosesdir. Ona görə də ümid edirik ki, mövcud problemlər tədricən aradan qalxacaqdır.
Pol Vill onu da vurğulamışdır ki, AŞPA-nın qısamüddətli müşahidə missiyası seçki günü Azərbaycana gələcək və respublikanın əksər bölgələrində səsvermənin gedişini izləyəcəkdir.
Sonra müşahidə missiyasının rəhbəri və üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında