İçməli su problemi ilə bağlı yüksək texnoloji layihələr həyata keçirilir

Bu gün dünyada həyat mənbəyi olan içməli su problemi müxtəlif dövlət və hökumət rəhbərlərini, eləcə də alim və mütəxəssisləri narahat edən başlıca problemlər sırasındadır. Xüsusən də Afrika və bəzi Asiya ölkələrində içməli su çatışmazlığından əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır.
Həyəcan təbili çalan dünyanın nüfuzlu təşkilatları problemin həlli yollarının araşdırılması və aradan qaldırılması üçün İKT sahəsi üzrə alim və mütəxəssisləri də səfərbərliyə, birgə əməkdaşlığa çağırır. IBM korporasiyası insan həyatı üçün vacib olan içməli su çatışmazlığı probleminin aradan qaldırılması üçün bir sıra yüksək texnoloji layihələr həyata keçirir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaydığı məlumata görə, bu layihələrin əksəriyyəti içməli suyun təmizlənməsi məqsədlərinə xidmət edir. Şirkət dünya üzrə kompyuterlərin gücünün hesablanması üçün istifadə edilən bir neçə qrid-layihə təqdim edib. IBM müasir dövrdə bu problemin aktuallığını önə çəkərək, bu istiqamətdə davamlı işlərin aparılmasının zəruri məsələlərdən olduğunu bəyan edib. Belə ki, bu gün təmiz su ya sadəcə olaraq hər kəs üçün əlçatan deyil, yaxud da Yer kürəsində təxminən 1,2 milyard insan üçün bahalı resursdur.
Yeni layihələr alimlərə qlobal problemlərlə mübarizə aparmağa kömək üçün dəstək vermiş "World Community Grid" təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Dünya üzrə 600 min iştirakçını özündə cəmləşdirən "World Community Grid" birliyi 1,5 milyon kompyuterə malikdir. Layihələrdən biri insan və təbiətin qlobal şirin su ehtiyatları ilə qarşılıqlı əlaqəsini simulyasiya etmək məqsədi daşıyır. Yəni, burada əsas məsələ bir tərəfdən insanların, heyvan və bitkilərin suya olan tələbatını ödəmək, digər tərəfdən isə bu dəyərli resursa qənaət etməkdir.
Digər bir layihə isə "Computing For Clean Water" adlanır. Məqsəd təbii sərvətə minimum xərc sərf etmək və suyu süzgəcdən keçirərkən maksimum effektə nail olmaq üçün elmi hesablamaların aparılmasıdır. Burada suyun şirinləşdirilməsi üçün maksimum effektiv və ucuz başa gələn modelin yaradılması nəzərdə tutulub. Bu tələbat əhalisi sıx olan, həmçinin şirin su mənbələrinin çatışmadığı ölkələrdə özünü daha qabarıq şəkildə büruzə verir. Üçüncü layihə temperaturun qlobal artımı və yeni infeksiyaların yaranması şəraitində tələb olunan suyun müxtəlif xəstəliklər törədən parazitlərdən effektiv təmizlənməsi sisteminin yaradılması ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün 210 milyona yaxın insan su vasitəsilə keçən bu və ya digər infeksiyalardan əziyyət çəkir. Onu da nəzərə almaq lazımdır ki, hər il insanların 200 mini məhz bu infeksiyaların qurbanı olur. Layihələrlə paralel olaraq, IBM "The Nature Conservancy" Fondu ilə birgə "Rivers for Tomorrow" layihəsi üzərində də işləyir. Layihənin məqsədi mövcud çaylar, onların ekosistemi, təhdidlər, üstünlükləri və s. ilə bağlı ətraflı məlumatların toplanmasıdır. Onu da qeyd edək ki, 2003-cü ilin dekabr ayında BMT-nin Baş Assambleyası 2005-2015-ci illəri "Su həyat üçün" beynəlxalq onillik fəaliyyət illəri elan edib.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında