Dövlət Müstəqilliyi Günü qeyd edilmişdir

Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri Etibar Əhədov əməkdaşımıza bildirmişdir ki, bu təhsil ocağında Dövlət Müstəqilliyi gününə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir. Yığıncağı universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir. Çıxışlardan öncə Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir. Sonra natiqlərə söz verilmişdir.
Humanitar elmlər fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Rakif İbadov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir" mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, müstəqil Azərbaycanın xilası, müstəqilliyimizin qorunması və inkişafı, dövlətimizin beynəlxalq nüfuzunun artması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi rəhbərin müdrik siyasəti sayəsində Azərbaycan çiçəklənən diyara çevrilmiş, xalqın rifah halı yüksək səviyyədə yaxşılaşmışdır.
Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas, coğrafiya-ekologiya kafedrasının müdiri, dosent Balayar Şahbazov, baş müəllim Kamal Mahmudov, tələbələrdən Seymur Murtuzayev, Rüfanə Diyarova, Gülşən Kişizadə və başqaları çıxış edərək bildirmişlər ki, dahi rəhbərin çoxşaxəli siyasəti və geniş fəaliyyəti nəticəsində müstəqil Azərbaycan inkişaf edib möhkəmlənmişdir və əsl tərəqqi yoluna çıxmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu siyasət böyük uğurla davam etdirilir, Azərbaycanın dünya birliyində nüfuzu daha da artır.
Təntənəli tədbirdə təhsildə və universitetin ictimai həyatında fərqlənən bir qrup müəllim və tələbəyə rektorluq tərəfindən fəxri fərman təqdim edilmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir. Tədbir iştirakçıları qəbul etdikləri müraciətdə ölkəmizin müstəqilliyi, dövlətçiliyimizin möhkəmlənməsi, sabitliyin qorunması istiqamətində aparılan kompleks tədbirlərdə və gərgin mübarizədə ölkə rəhbəri ilə həmrəy olduqlarını, Azərbaycanın milli maraqlarına və bəşəri inkişafına xidmət edən daxili və xarici siyasətdə tutduğu qətiyyətli və düzgün xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bildirmişlər.{nl}

İsaq ƏMƏNULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında