Nazirlər Kabineti respublika ərazisində çöl quşlarının ovlanmasına qoyulmuş qadağanın xüsusi göstəriş olanadək götürülməsi barədə müvafiq qərar qəbul etmişdir

Nazirlər Kabinetində Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası"nın növbəti iclası keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti Birliyinin, əhalinin ölkədə çöl quşlarının ovuna icazə verilməsi barədə müraciətlərinə baxılmışdır. Qeyd olunmuşdur ki, 2006-cı ildən etibarən respublikamızın quşçuluq təsərrüfatlarında, eləcə də qoruq və su hövzələri ərazilərində aparılan çoxsaylı monitorinqlər nəticəsində quş qripi xəstəliyi müəyyən edilməmişdir. Hazırda quş qripi ilə bağlı ölkədə epizootik vəziyyəti tam sabitdir.
Yuxarıda deyilənləri, habelə "Azərovçu"nun və əhalinin çoxsaylı müraciətlərini nəzərə alan Dövlət Komissiyası "Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin profilaktikasına dair Fövqəladə Tədbirlər Planı"na müvafiq olaraq, respublika ərazisində çöl quşlarının ovlanmasına qoyulmuş qadağanın xüsusi göstəriş olanadək götürülməsi barədə müvafiq qərar qəbul etmişdir.
Dövlət Komissiyası, eyni zamanda, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinə, digər müvafiq qurumlara tapşırmışdır ki, ölkədə quş qripi ilə əlaqədar vaxtaşırı monitorinqlərin aparılmasına, həmçinin "Fövqəladə Tədbirlər Planı"nın tələblərinin həyata keçirilməsinə nəzarəti davam etdirsinlər. O cümlədən "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli qərarına uyğun olaraq, ovçuların və əhalinin quş ovuna riayət etmələri üçün lazımi tədbirlər görərək, bu barədə onları məlumatlandırsınlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında