"BakuTel-2010" sərgisi "İKT və qlobal iqlim dəyişikliyi" mövzusuna həsr ediləcək

Noyabrın 23-dən 26-dək "Bakı Ekspo" Sərgi Mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel-2010" XVI Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı keçiriləcəkdir. Hər il regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi "Beynəlxalq İKT həftəsi" şüarı altında keçiriləcəkdir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır. Sərgi "İteca Caspian LLC" və "İTE Group PLC" şirkətləri tərəfindən təşkil olunacaqdır. Sərginin inkişafında sərgi və konfransa dəstək göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) müstəsna rol oynayır.
Tədbir, həmçinin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqı, İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı və Regional Rabitə Birliyi kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. "İteca Caspian LLC"-dən bildirmişlər ki, sərgi Azərbaycan, İsrail, Çin Xalq Respublikası, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ da daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcəkdir. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaqdır. Ənənəvi olaraq, RİTN "BakuTel" çərçivəsində tərəfdaş şirkətlər ilə birgə "Xalq kompyuteri", "Elektron imza" və "Elektron sənəd" kimi dövlət layihələri üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcəkdir. Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar, bu sərginin xüsusi mövzusu "İKT və qlobal iqlim dəyişikliyi" olacaqdır.
Noyabrın 24-də keçiriləcək İKT konfransı da bu mövzuya həsr olunacaqdır. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək təcrübələrini bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar. Sərgi çərçivəsində təşkilatçılar tərəfindən yeni İKT məhsulları, texnologiyalar və həll variantları nümayiş etdirən şirkətlərin iştirakı ilə "İnnovasiyalar ərazisi" proqramı keçiriləcəkdir. Bu il sərginin baş sponsoru "Huawei Technologies" şirkətidir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında