Azərbaycan Universitetində müstəqillik günü qeyd olundu

Azərbaycan Universitetində müstəqillik günü qeyd olunub.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra, rektor, professor Akif Musayev çıxış edərək bildirib ki, 1991-ci il oktyabrın 18-dəAzərbaycan Respublikası Ali Sovetin Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktını qəbul etdi.
Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920 - ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi olması faktı rəsmən təsbit olunub. 1994 - cü il 15 oktyabr tarixli Azərbaycan Respublikası Prezidenti fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi hər il qeyd edilir. Dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən və ölkəmizin sosial - iqtisadi inkişafı sahəsində görülən işlərdən bəhs edən Akif Musayev tədbir iştirakçılarını təbrik etdi.
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Cəmil Hüseynov Azərbaycanın müstəqilliyi tarixində xüsusi yeri olan siyasi xadimlərdən danışdı.
Universitetin İctimai Elmlər kafedrasının müəllimi Salman İbişov çıxışında qeyd edib Azərbaycan xalqı 5 min illik dövlətçilik ənənəsinə malikdir.19 il əvvəl müstəqilliyin bərpa edilməsini bu ənənənin davamı kimi qiymətləndirən natiq milli şüurun inkişafı və təbliğinin əhəmiyyətindən danışıb. Universitetin tələbələri Azərbaycanın mustəqillik tarixinin maraqlı məqamlarını əks etdirən məruzə və şeirlərlə çıxış ediblər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında