Misirin "Əl-Əhram", "Əl-Əxbar" və ingilisdilli "Egyptian Gazette" qəzetlərində Azərbaycanın müstəqillik gününə həsr olunmuş məqalələr dərc edilmişdir

Oktyabrın 17-19-da Misirdə və ərəb dünyasında geniş şəkildə oxunan ərəbdilli "Əl-Əhram" və "Əl-Əxbar", ingilisdilli "Egyptian Gazette" qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Ş.Abdullayevin 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məqalələri və müsahibəsi dərc edilmişdir.
Səfir Ş.Abdullayev 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyini bildirərək, Şərqin ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyinin ilk illərində ölkələrimizin beynəlxalq aləmə inteqrasiya istiqamətində atdığı addımlar və həyata keçirdiyi quruculuq işləri haqqında oxuculara məlumat vermişdir. Azərbaycanın 1992-ci il martın 2-də BMT-yə və həmin il iyulun 8-də ATƏT-ə üzv qəbul edildiyini diqqətə çəkən səfir qısa vaxtda respublikamızın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü islam dünyası ilə əlaqələrini bərpa etdiyini və qarşılıqlı faydalı münasibətlər qurduğunu qeyd etmişdir.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi barədə ətraflı məlumat vermiş, yenicə bərpa edilmiş müstəqilliyin xarici və daxili təhdidlərin fonunda təhlükə altına düşdüyünü nəzərə çatdırmışdır.
Səfir belə bir çətin zamanda ölkə rəhbərliyinə qayıtması üçün xalqın israrla Heydər Əliyevə müraciət etdiyi və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və yenilməz iradəsi sayəsində Azərbaycanın qısa müddətdə problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə çıxdığını oxucuların diqqətinə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən səfir ölkəmizin neft və qaz ixrac kəmərləri şəbəkəsi ilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğunu qeyd etmişdir.
Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlərə toxunan səfir 2003-cü illə müqayisədə 2009-cu ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 11 faizə qədər azaldığını, xarici valyuta ehtiyatlarının 26 milyard dollardan artıq olduğunu, son beş ildə iqtisadiyyatın 2,6, büdcə xərclərinin isə 10 dəfə artdığını vurğulamışdır.
Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması və Dünya Bankının "Doing Business" kateqoriyası üzrə lider olması, informasiya və kompyuter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumat verən səfir müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlətə çevrildiyini qeyd etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında