DSMF-nin "190 " nömrəli telefon məlumat xidmətinə 40 014 müraciət olunub

Cari ilin ilk 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call - center") ümumilikdə 40 014 müraciət daxil olmuşdur. Aparılan araşdırmalara əsasən, demək olar ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşımışdır.
Sorğu və müraciətlərin 52 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılmışdır. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 48 faizi isə qeyri-iş günlərinə təsadüf etdiyindən bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilmişdir. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda bildirilir ki, ötən hesabat dövründə "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8 faizi (10 161) bilavasitə pensiya məsələlərinə aid olmuşdur. Müraciətlərin 25,4 faizini (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə etmişdir. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8 fazi (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməmişdir. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilmiş, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunmuşdur. Məlumatda həmçinin o da bildirilir ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videorolik DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilmişdir. Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında