Nyu-Yorkda Müstəqillik Günü qeyd edilmişdir

Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 19-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşən mərasimdə ABŞ-da yaşayan soydaşlarımız, Amerikanın türkdilli və yəhudi icmalarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev mərasimdəki çıxışında ölkəmizin 19 illik tarixə malik müstəqilliyi dövründə keçdiyi inkişaf yoluna nəzər salaraq, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də regionda siyasi və iqtisadi cəhətdən lider dövlət kimi tanınmasından bəhs etmişdir. Mərasimin sonunda Azərbaycan himninin sədaları altında dövlətimizin bayrağı ucaldılmışdır.
Dövlət Müstəqilliyi Günündə Azərbaycan-ABŞ dostluq əlaqələrinin rəmzi kimi Nyu-Yorkun Brodvey küçəsində hər iki dövlətin bayraqları birgə dalğalanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında