Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 11.15-dən 11.25-dək İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.45-dən 17.55-dək Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, saat 22.20-dən 22.25-dək Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 10.40-dan 10.50-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.30-dan 19.00-dək, 18.40-dan 19.15-dək Goranboy rayonunun Tap Qaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında, saat 23.20-dən 23.40-dək Ağdam rayonunun Kəngərli, saat 19.25-dən 20.00-dək, 23.30-dan 23.55-dək və oktyabrın 19-da saat 3.05-dən 3.25-dək Tərtər rayonunun Seysulan, Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında