Azərbaycan dövləti parlament seçkilərinin demokratik keçirilməsində maraqlıdır

Oktyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2010-cu il noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüşmüşdür.
Oqtay Əsədov Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla addımladığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri Avratlantik məkana inteqrasiyadır. Çox şadıq ki, yaxından əməkdaşlıq etdiyimiz Avropa Şurası Azərbaycanda demokratik təsisatların inkişafına və demokratik proseslərə öz töhfələrini əsirgəmir.
O.Əsədov Azərbaycan dövlətinin noyabrın 7-də Milli Məclisə seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu və bunun üçün bir sıra tədbirləri həyata keçirdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycanda keçirilən seçkiləri izləmək üçün həmişə beynəlxalq müşahidə missiyalarına gözəl şərait yaradılmışdır. AŞPA müşahidəçiləri həmişə öz obyektivlikləri ilə fərqlənmişlər və inanırıq ki, bu dəfə də seçkilərlə bağlı tam obyektiv, qərəzsiz mövqe nümayiş etdirəcəklər.
Görüş üçün təşəkkürünü bildirən müşahidə missiyasının rəhbəri Pol Vill bildirmişdir ki, səfərdə məqsəd parlament seçkilərini müşahidə etməkdir. Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işləri təqdir edən qonaq, müşahidə missiyalarına seçkini izləmək üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Pol Vill onu da bildirmişdir ki, müşahidə missiyası öz fəaliyyətində obyektiv olacaqdır.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən demokratik təsisatların fəaliyyəti, seçkiqabağı vəziyyət, ölkəmizin Avropaya inteqrasiyası, Avropa dəyərlərinə yiyələnməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında